11 rusiyalı dənizçi, 10 ton kokain... - ESER gəmisində narkotik daşıyanlar özlərini ələ verdi - VİDEO

  • 2019-02-02 12:36:05
  • |
  • Dünya /

11 rusiyalı dənizçi, 10 ton kokain... - ESER gəmisində narkotik daşıyanlar özlərini ələ verdi - VİDEO

Ötən gün Afrika ölkəsi Kabo-Verdedə 11 rusiyalı dənizçinin saxlanıldığı haqda informasiyalar yayılıb. Rusiya KİV-ləri bu ölkənin Kabo-Verdedəki səfirliyinə istinadən bildiriblər ki, onları narkotik qaçaqmalçılığında şübhəli bilirlər. Belə ki, heyət üzvləri rusiyalılardan ibarət olan ESER yük gəmisində 10 tona yaxın heroin aşkarlanıb. Gəmi heyəti tutulub, gəmi özü isə Praya limanında saxlanılır.

Rusiya səfirliyindən bildiriblər ki, yerli istintaq orqanları ilə əlaqə saxlayırlar və tutulanlarla da əlaqə yaradıblar. “İnformasiyaların təfərrüatlarını gözləyirik. Hadisəni izləyirik”-səfirlikdən bildiriblər.

Məlumata görə Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru yola çıxıb. Lakin məlum olmayan səbəblərdən heyət üzvlərindən biri gəmidə həlak olub və gəmi Kabo-Verde limanına yan almalı olub.

Bu gün Kabo-Verde polisi ESER gəmisinin göyərtəsindən çəkilmiş kadrları yayıb. Məlumata görə polislər 10 tona yaxın ağırlığında cəmi 260 iri bağlama aşkar ediblər. Onların içərisində ağ toz olub, analizlər həmin maddənin kokain olduğunu təsdiqləyib.

Gəminin hansı şirkətə məxsus olduğu və yükün kimin üçün nəzərdə tutulduğu məlum deyil. Ehtimal ki, 10 ton kokain Mərakeşə sonradan Avropaya daşınmaq üçün aparılırdı.

Gəmiçilik üzrə ixtisaslaşmış internet mənbələrində göstərilir ki, ESER gəmisi 3 min ton yük tutumuna malikdir, 1985-ci ildə inşa edilib. Və “GEMICILER DENIZCILIK NAKLIYAT.” adlı şirkət tərəfindən işlədilir./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA