Binəli Yıldırım Belarusa gedir

Binəli Yıldırım Belarusa gedir

Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırımın Belarusa ikigünlük səfəri sabah başlanacaq. Onu ölkənin baş naziri Andrej Kobyakov və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko və digər rəsmi şəxslər qəbul edəcək.

Belarusun müstəqilliyini tanıyan ilk ölkə olan Türkiyə 1992-ci il martın 25-də bu dövlətlə diplomatik əlaqələr qurmağa başlayıb.

Türkiyədən Belarusa ilk yüksək səviyyəli rəsmi səfər 2016-cı il noyabrın 11-də, prezident R.T.Ərdoğan tərəfindən edilib. Həmin səfər zamanı Türkiyə tərəfindən, tatar memarlıq ənənələri üslubunda inşa edilən Minsk məscidinin açılışı olmuşdu.

Hurriyyet.org

 

Loading...

QALEREYA