12 milyard pulla tutulan xüsusi xidmət polkovnikinin nazir müavini Azər Talıbovla ŞÜBHƏLİ ƏLAQƏLƏRİ...

  • 2019-06-07 16:45:17
  • |
  • Region /

12 milyard pulla tutulan xüsusi xidmət polkovnikinin nazir müavini Azər Talıbovla ŞÜBHƏLİ ƏLAQƏLƏRİ...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bankları kurasiya edən idarəsinin rəisi, iri məbləğlərdə rüşvət alma ittihamı ilə bu günlərdə həbs olunan polkovnik Kirill Çekalinin işi çərçivəsində Mərkəzi Bank rəhbəri Elvira Nabiullinanın əlaqələri araşdırılır.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, konkret olaraq Mərkəzi Bank rəhbərinin Azər Mütəllim oğlu Talıbova əlaqələri öyrənilir. Azər Talıbov Mərkəzi Bank və onun rəhbərinin maliyyə sxemlərində xüsusi etibar qazanmış şəxsdir. 1979-cu ildə Moskvada anadan olub, MQİMO-da təhsil alıb.

O, 2002-2008-ci illərdə İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2008-ci ilin iyununda iqtisadi inkişaf naziri Elvira Naibullinanın köməkçisi təyin olunub. 2012-2013-cü illərdə isə Rusiya prezidentinin Administrasiyasında işləyib, belə ki, Naibullina Talıbovu özü ilə Administrasiyaya aparıb. Həmin vaxt Naibullina prezidentin köməkçisi təyin edilmişdi və Talıbov onun aparat rəhbəri vəzifəsinə təyinat almışdı. Naibullina daha sonra Mərkəzi Bank rəhbəri təyin olunanda da Azər Talıbovu özüylə aparıb, 2013-cü ilin iyulunda Talıbov Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri təyin olunub.

Azər Talıbov

2017-ci ilin yanvarından isə Azər Talıbov iqtisadi inkişaf nazirinin müavinidir.

Habelə bildirilir ki, Nabiullinanın maliyyə sxemlərinin reallaşması üzrə general-mayor Şebenko Aleksandr Sergeyeviçlə və FTX-nın “K” idarəsinin keçmiş əməkdaşı Polupanovla əlaqələri də araşdırılır.

Polkovnik Çekalinin səs-küylü həbsinə səbəb olmuş faktların təfərrüatları məlum deyil, amma FTX-nin idarə rəisinin bir neçə epizod üzrə iri məbləğdə rüşvət almaqda ittiham olunduğu məlumdur. Çekalin bank sektorunu kurasiya edib. Onunla birlikdə FTX-nin iqtisadi cinayətkarlıqla mübarizə idarəsinin keçmiş əməkdaşları Dmitri Frolov və Andrey Vasilyev də tutulub.

Polkovnik Çekalin

Həbs ediləndən sonra Kiril Çekalinin bir neçə mənzilində axtarış aparılıb və 12 milyard rubla ekvivalent olan məbləğ (müxtəlif valyutalarda) aşkar edilib. Habelə onun dəbdəbəli bağ evi və maşın, texnika kolleksiyası tapılıb. Çekalinin iş kabineti isə Amerika prezidentlərinin Ağ evdəki votçinaları stilində tərtib edilmişdi, evindəki hamamlarında isə əsl qızıl kranlar qoyulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA