12 uşaq civədən ZƏHƏRLƏNDİ

12 uşaq civədən ZƏHƏRLƏNDİ

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunun Məscitli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

BakuPost.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 nəfərin 12-si uşaqdır.

Məlumata görə, xəstələrdə davamlı olaraq qan təzyiqinin yüksəlməsi, kəskin ağrılar, ürək bulanması və s. kimi hallar müşahidə olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb civədir. Uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq zəhərləniblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA