12 yaşlı oğlanı zorlayıb video çəkdilər, şantaj etdilər - Samuxda BİABIRÇILIQ

12 yaşlı oğlanı zorlayıb video çəkdilər, şantaj etdilər - Samuxda BİABIRÇILIQ

Samux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Həsənov Murad Həsən oğlu Ali Məhkəməyə şikayət edib.
Hurriyyet.org
"Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə baxılaçaq.

Beləki hadisə 2015-ci ilin iyun ayında Samux rayonunda baş verib. Sənan Bağırov həbs olunana kimi Gəncə şəhəri, 2 saylı peşə liseyinin şagirdi olub. O, 2005-ci il təvəllüdlü Sadiq Səlimova (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Həmin gün saat 18 radələrində Sadiq Səlimov Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanlarıni otarırmış.
Bu zaman ora Sənan Bağırov gəlib. O, Sadiq Səlimova cinsi əlaqədə olmağı təklif edib. Lakin 12 yaşlı oğlan Sənan Bağırovun bu təklifini rədd edib.
Sənan Bağırov Sadiq Səlimovu yerə yıxaraq döyüb və daha sonra onun əllərini saman kəndiri ilə bağlayıb. Onu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.

Orada Sənan Bağırov Sadiqin köməksiz vəziyyətindən istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Sənan Bağırov Sadiq Səlimova etdiyi zorakılıq hərəkətlərini videoya çəkib. Həmin video çəkilişi "Vatsap" vasitəsilə Murad Həsənova göndərib.
Murad Həsənov da həmin çəkilişi Sadiq Səlimova göstərib və onunla da cinsi əlaqədə olmayacağı təqdirdə həmin video çəkilişi sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Bu hədələrlə Murad Həsənov Sadiq Səlimovla qeyri-təbii yolla cinsi əlaqədə olub. 12 yaşlı Sadiq Səlimov baş verən hadisəni valideynlərinə danışıb. Onun valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Sənan Bağırov və Murad Həsənov həbs edilib.
Bundan başqa, Sənan Bağırov və Murad Həsənov həmin kəndin sakini Elçin Əliyevə qarşı da seksual xarakterli hərəkətlər ediblər. O, həmin hərəkətləri video çəkiliş edib və sonra dəfələrlə onunla cinsi əlaqədə olub.

Sənan Bağırov və Murad Həsənov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham ediliblər.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Sənan Bağırov özünü təqsirli bilməyib. O bildirib ki, Sadiq Səlimova qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməyib.
Zərərçəkmiş Sadiq Səlimov ifadəsində deyib ki, mal-qara otaran zaman Sənan Bağırov onun yanına gəlib və ona zorakılıq edib. O, həmçinin bildirib ki, Sənan Bağırov bu hərəkətlərini videoya çəkib və "WhatsApp" vasitəsilə yayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Bağırov və Murad Həsənovun hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA