Azərbaycanda 14 yaşlı qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR

Azərbaycanda 14 yaşlı qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR

Ağcabədi rayonunda yeniyetmə qızın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Qaradolaq kənd sakini 14 yaşlı Şirinova Aytac Allahyar qızının asılı vəziyyətdə olan meyiti yaşadığı evin həyətindəki hamam otağında tapılıb.

Bildirilir ki, Aytacın atası o, 1 yaşında olarkən qəfil ürək tutmasından vəfat edib. 9-cu sinfi bu günlərdə başa vuran qızın davamiyyəti stabil olub və 4-5 qiymətlərlə oxuyurmuş.

İllin ehtimala görə, o, ailədaxili kişik münaqişə səbəbindən ani psixoloji arsıntı nəticəsində özünü asmaq qərarına gəlib. Yeniyetmə qız hamama daxil olaraq qapını arxadan bağlayıb və özünü asıb. Ailə üzvləri bir neçə dəqiqə sonra hadisədən xəbər tutublar və dərhal uşaqlardan biri hamamın pəncərəsindən içəri keçərək qapını arxadan açıb. Lakin artıq gec olub.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır./Publika.az /

***

Ağcabədi rayonunda yeniyetmə qız intihar edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı A.Şirinova özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA