18 yaşlı qız binadan yıxıldı - Təcili Bakıya gətirildi

18 yaşlı qız binadan yıxıldı - Təcili Bakıya gətirildi

Mingəçevirdə beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalan qızı Bakıya gətiriblər.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə qızın yaxınları bildiriblər. Belə ki, ötən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Adıgözəlova Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır.

Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Adıgözəlova yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA