18 yaşlı qızının toyu olacaqdı, anası meyitini tapdı - Zərdabda DƏHŞƏTLİ HADİSƏ - TƏFƏRRÜAT

18 yaşlı qızının toyu olacaqdı, anası meyitini tapdı - Zərdabda DƏHŞƏTLİ HADİSƏ - TƏFƏRRÜAT

Zərdab rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı valideynlərinin təkidi ilə 9-cu sinifdən təhsilini yarımçıq qoyubmuş.

Bir müddət əvvəl nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış.

Bildirilir ki, ailənin böyük övladı olan Nərminin hər hansı probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb. Dünən evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olub.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

*** 10:23

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb.

18 yaşlı qız yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Nərmin İbrahimovanın intiharının səbəbləri hələlik tam dəqiqləşməyib.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA