2025-ci ildə Türkiyə ona qarşı yönələn hədəfi KOSMOSDA YOX EDƏ BİLƏCƏK

2025-ci ildə Türkiyə ona qarşı yönələn hədəfi KOSMOSDA YOX EDƏ BİLƏCƏK

Hurriyyet.org xəbər verir ki, hava müdafiəsi sistemi yolunda yaxın, orta və uzun mənzilli strategiya ilə irəliləyən Türkiyə 2011-ci ildə başladığı layihənin 14-cü ilinin sonunda kosmik raketlərə qarşı tam qoruma hədəfinə doğru irəliləməkdədir. Ballistik raketlərə qarşı peyk əlaqəli uzun mənzilli hava hücumundan müdafiə sisteminin 2025-ci ildə hazır olması gözlənilir.

2011-ci ildə başladılmış, yerli və milli hava müdafiəsi layihəsi olan Hisar ümumilikdə 14 illik çalışmanın sonunda kosmosda hədəfi vurmaq imkanı qazanacaq. Yaxın, orta və uzun mənzildə Hisar-A, Hisar-O və Hisar-U adları altında davam edən layihə tamamlandığı zaman Türkiyə torpaqları ballistik raketlər və uçan hədəflərə qarşı möhkəm bir qalxana malik olacaq. Atmosfer üzəründə uzun mənzilli müdafiə işləri “Siper Layihəsi” adı altında toplaşıb. 14 illik prosesin sonunda hava müdafiəsi sistemi işlərinə milli peyk və atış sistemlərinin də əlavə edilməsi ilə birlikdə böyük miqyasda yerli imkanlarla istehsal edilmiş müdafiə qalxanının fəaliyyətə keçməsi planlaşdırılır. Hələ də sınaqları davam edən 15 km mənzilli Hisar-A 2021-ci ildə, 25 km mənzilli Hisar-O isə 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin cəbbəxanasına daxil olacaq. Bundan sonra müdafiə sənayesi şirkətlərinin yeganə gündəmi, atmosfer üstündəki təhdidləri zərərsizləşdirəcək yüzlərlə kilometr mənzilli Hisar-U/Siper olacaq.

Hurriyyet.org