20 Yanvar faciəsi Türkiyənin nüfuzlu televiziyasında - VİDEO

20 Yanvar faciəsi Türkiyənin nüfuzlu televiziyasında - VİDEO

“Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər "Bengü TV"nin "Ana xəbər"indən səsləndi: "20 Yanvar hüzn və milli qürur günümüzdür"

Azərbaycan tarixinə qanla yazılan 1990-cı il 20 yanvar faciəsinə dair Türkiyənin nüfuzlu “Bengü türk” televiziya kanalının “Azərbaycan rüzgarı” proqramında xüsusi buraxılış hazırlanıb. Kanalın "Ana haber" proqramında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə dair buraxılış barədə məlumat yayılıb.

Hurriyyet.org xəbər verir ki, “Azərbaycan rüzgarı” proqramının müəllifi Səidə Ömər "Ana haber" proqramından 20 yanvar faciəsinə dair əlavə çıxış edib. 20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün təkcə matəm günü deyil, həm də qüruru olduğunu vurğulayıb.

“Azərbaycan rüzgarı” verilişində isə xüsusi proqramın qonaqları AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı və sosial elmlər üzrə ekspert, yazıçı-tərcüməçi Mətin Yıldırım olublar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətin səbəb, məqsəd və nəticələri barədə məlumat verən S.Şahtaxtı diqqətə çatdırıb ki, vətəndaşlar küçə və meydanlara axışaraq təcavüzkar Ermənistanın əsassız ərazi iddialarına qarşı öz etirazlarını nümayiş etdiriblər. Sovet rəhbərliyi bütöv bir xalqın nə istədiyini, nəyə etiraz etdiyini dəyərləndirərək ədalətli şəkildə çıxış yolu tapmaq əvəzinə hərbi güc tətbiq etməklə qan tökdü. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar cinayətləri dünya ictimaiyyətinə çatdırıldı. Naxçıvana qarşı planlaşdırılan məkrli işğalçılıq planı dəf olundu. Hadisədən dörd il sonra Ümummilli Liderimizin təklifi və təkidi nəticəsində Azərbaycan parlamenti bu hadisəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verdi.

Türk xalqlarının dövlətçilik tarixində xarici qüvvələrin xalqlarımıza qarşı törətdikləri soyqırımları, hərbi təcavüzlər barədə məlumat verən Mətin Yıldırım qeyd edib ki, əslində 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən hərbi cinayət, eləcə də torpaqlarımızın 20 faizinin işğal olunması bütün türk dünyasına qarşı həyata keçirilən səlib yürüşünün davamı və daha bir acı nəticəsidir.

Tamaşaçılara məlumat verilib ki, 20 Yanvar faciəsi sadəcə olaraq silahsız insanların qətlə yetirilməsi hadisəsi deyil. Bu faciə bütöv bir xalqın torpağına, ölkəsinə və dövlətinə qarşı planlaşdırılan məkrli məqsədlərə xidmət edən hərbi təcavüz və qəsddir.

Sonra aparıcının sualları cavablandırılıb.

Verilişdə aparıcı Səidə Ömər şəhidlərimizə həsr olunan şeirlər oxuyub. O, həmçinin 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin ın birgə layihəsi olaraq nəşr edilən “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu ilə bağlı tamaşaçıları məlumatlandırıb. Bildirib ki, tədqiqatçıla tərəfindən “Bengü türk” TV-yə hədiyyə edilən bu mühüm nəşrlə kanalın kitabxanasında tanış ola bilərlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA