21 yaşlı qız pul almaq üçün qolunu kəsdirdi

21 yaşlı qız pul almaq üçün qolunu kəsdirdi

Sloveniyanın paytaxtı Lyublyananın sakini, 21 yaşlı qız sığorta almaq üçün qolunu kəsib. O, təqribən 400 min avro məbləğində sığorta almağı düşünürdü.

Hurriyyet.org milli.az-a istinadən bildirir ki, qızın sağ qolunu biləkdən qohumları kəsiblər. Onlar dərhal təcili yardım çağırıblar və həkimləri inandırmağa çalışıblar ki, qız ağacların budaqlarını kəsəndə bədbəxt hadisə baş verib.

Qız və onun ailə üzvləri sığorta ilə yanaşı, əlilliyə görə ömürlük təqaüdə də bel bağlamışdılar.

Lakin həkimlər və hadisə yerinə çağırılmış polislər kəsilmiş əli tapıblar. Hospitala aparılmış qızın kəsilmiş əli qola tikilib.

Polis istintaqa başlayıb. Cinayətdə şübhəli bilinənləri 8 ilədək həbs gözləyir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA