22 ölkə uyğur türklərinə zülm etdiyi üçün Çini qınadı - TÜRK VƏ İSLAM DÜNYASI İSƏ SUSDU

  • 2019-07-12 18:34:03
  • |
  • Aktual /

22 ölkə uyğur türklərinə zülm etdiyi üçün Çini qınadı - TÜRK VƏ İSLAM DÜNYASI İSƏ SUSDU

Hurriyyet.org xəbər verir ki, Çində uyğur türklərinə qarşı sistemli zülmün davam elədiyi ilə bağlı iyulun 11-də 22 dünya ölkəsi ortaq bir bəyanata imza atıb.

Çinin Şərqi Türküstana qarşı həmlələrini qınayan, İngiltərə, Fransa və Almaniyanın da arasında olduğu 22 ölkə “Kütləvi həbsləri dərhal dayandır, uğurları azad burax” ifadəsi olan bəyanat verib. Türkiyədə dərc edilən “Sözcü” qəzeti Türkiyənin bu siyahıda olmadığını yazıb. Dünya ölkələri ilk dəfə birləşərək, BMT-yə məktub göndərməklə Çinin millətçi siyasətinə qarşı mövqelərini bildiriblər. Məktuba imza atan 22 ölkənin arasında Almaniya, Yaponiya, İngiltərə, Fransa, Kanada, Yeni Zellandiya, Avstraliya da var. Məktub BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletə ünvanlanıb.

Tarixdə ilk dəfə olaraq. beynəlxalq ictimaiyyət Şərqi Türküstandakı uyğur türklərinin Çin zülmünə məruz qalmasına birgə etirazını bildirib.

CNN-də dərc olunan xəbərdə 22 ölkə arasında Türkiyə və müsəlman ölkələrin adının olmadığı bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA