240 milyon dollarlıq raket sifarişi TƏSDİQLƏNDİ

240 milyon dollarlıq raket sifarişi TƏSDİQLƏNDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN Avstraliyaya 108 ədəd AIM-120C-7 orta mənzilli hava raketinin (AMRAAM) 240 milyon dollara satışına razılıq qərarını verib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA), bu sövdələşmə barədə lazım olan sənədi 2019-cu il martın 12-də Konqresə təqdim elədiyini bildirib.

AIM-120, hərbi təyyarələrdə atılan yeni nəsil orta mənzilli (təqribən 72 km-dən uzağa atıla bilər), supersonik (4 max) və ABŞ-ın cəbbəxanasındakı ən öldürücü havadan-havaya raketdir. İstənilən hava şəraitində istifadə edilmək üçün dizayn edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA