25 nəfər sağ ikən “öldürüldü” - Rusiyada qəribə hadisə

25 nəfər sağ ikən “öldürüldü” - Rusiyada qəribə hadisə

Rusiyanın Kirov vilayətinin sakinləri qeydiyyatda olduqları Yaransk şəhərinin administrasiyasından öldükləri haqda bildiriş alıb. Buna səbəb məlumat bazasında yaranan texniki problem olub.

Məktubların mətnində şəhər sakinlərinin ölü hesab edilməsi, mülklərinin isə şəhər adminstrasiyasının hesabına keçirilməsi haqda bildirilib.

“Məlumat bazasında xəta baş vermişdi. Nəticədə məktublar həm lazımi, həm də lazım olmayan ünvanlara göndərilmişdi”, - deyə şəhər rəhbərliyi məsələyə aydınlıq gətirib.

Bildirilir ki, eyni məktubu 25 şəhər sakini alıb. Onların bəziləri baş verən hadisəni gülüşlə qarşılayıb. Şəhər rəhbərliyi artıq sakinlərdən üzr istəyib.(Qafqazinfo)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA