27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu - İnanılmaz ailə dramı - VİDEO

  • 2019-01-30 12:35:04
  • |
  • Ölkə /

27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu - İnanılmaz ailə dramı - VİDEO

Azərbaycanda dəhşətli və inanılmaz ailə dramı yaşanıb. 27 il öncə xəstəxanada övlad dünyaya gətirən qadına “uşağın öldü” deyiblər və həmin körpə valideyn qayğısından uzaq uşaq evində böyüməli olub.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, illər sonra valideynlərinin axtarışına çıxan 27 yaşlı Nuranə onları tapa bilib və ailənin qovuşma anı ATV-də yayımlanan “BizimləSən” verilişində canlı yayımlanıb.

Proqramın aparıcısı Zaur Baxşəliyev Nuranənin valideynlərinə göz aydınlığı verib, onların nənə-baba olduqlarını söyləyib. İllərlə valideyn həsrəti ilə yaşayan Nuranə ailə qurub və ana olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA