27 yaşlı qadın qarpızdan zəhərlənib öldü - Biləsuvarda

27 yaşlı qadın qarpızdan zəhərlənib öldü - Biləsuvarda

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.

Hurriyyet.org xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır./report/