37 yaşlı kişi narkotikdən öldü - SUMQAYITDA

37 yaşlı kişi narkotikdən öldü - SUMQAYITDA

Sumqayıtda bina girişində kişi meyiti tapılıb.

Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub.

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA