3 ölkə BMT TŞ-də brifinq keçirdi: "Neft tankerlərinə qarşı sabotajın arxasında bir dövlət var"

  • 2019-06-07 16:34:44
  • |
  • Dünya /

3 ölkə BMT TŞ-də brifinq keçirdi: "Neft tankerlərinə qarşı sabotajın arxasında bir dövlət var"

Hurriyyet.org xəbər verir ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Norveç BMT-nin Təhlükəsizlik Şurasına 12 may tarixində neft tankerlərinə edilən sabotajın arxasında bir dövlət aktyoru olduğu nəticəsinə gəldiklərini bildiriblər. Bu üç dövlətin nümayəndələri ötən ay Fuceyra limanında neft tankerlərində baş verən sabotajlarla bağlı nəticələrlə əlaqədar BMT TŞ-də qapalı brifinq keçiriblər. Brifinqdən sonra verilən ortaq bəyanata görə, BMT, Səudiyyə Ərəbistanı və Norveç brifinqdə bu hücumların beynəlxalq sülhü və təhlükəsizliyi təhdid elədiklərini vurğulayıblar.

Açıqlamada deyilir: “Hələlik istintaq davam edir, lakin bu hücumların böyük ehtimalla bir dövlətə xidmət edən, güclü əməliyyat imkanlarına malik bir icraçı tərəfindən planlı və koordinasiyalı şəkildə həyata keçirildiyinə dair faktlar əldə edilib”.

Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatlarında dəfələrlə bu sabotajların arxasında İranın ola biləcəyi barəsində iddialar səsləndirilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA