3 ölkə Suriya ilə bağlı ortaq QƏRAR VERDİ

3 ölkə Suriya ilə bağlı ortaq QƏRAR VERDİ

Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Zəriflə birgə ortaq hesabat yayımlayıb.

Hurriyyet.org xəbər verir ki, hesabatda Suriyada Astana müddəti çərçivəsində təşkil edilən “gərginliyi azaltma bölgələri” tətbiqinin davam edilməsinə qərar verilib.

Açıqlamada “üç ölkə dörd gərginliyi azaltma bölgəsi haqqında razılaşmanın tətbiqinə davam edilməsi qərarını verdi” ifadələri işlədilib.

Əlavə olaraq, Astanada keçirilən görüşlərin 9-cu raundunun may ayında keçirilməsinə qərar verilib.

Suriyada təşkil edilən dörd gərginliyi azaltma bölgəsi ilk mərhələdə altı aylıq müvəqqəti bir tədbir kimi nəzərdə tutulmuşdu. Bu bölgələrin sərhədləri boyunca təhülkəsizlik xətlərinin qurulacağı, buradakı nəzarət məntəqələrində kimlərin dayanacağına isə 3 ölkənin qərar verəcəyi bildirilirdi./publika.az/

Loading...

QALEREYA