3 YENİ FUNKSİYA - “WhatsApp” messencerinə əlavə edildi

  • 2018-03-19 19:54:59
  • |
  • Sosial /

3 YENİ FUNKSİYA - “WhatsApp” messencerinə əlavə edildi

Yeni yeniləmə "Android” sisteminin idarəetməsi altında işləyən qurğu istifadəçilərinə "WhatsApp” messencerində qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görsənəcək.

Hurriyyet.org xəbər verir ki, "ICTnews” Elektron Xəbər Xidməti "yugopolis.ru” saytına istinadən məlumatına görə, sözügedən messencerin növbəti versiyası, həmçinin qrup haqda məlumat üzrə qrup iştirakçıları arasında axtarış etməyə imkan verir.

Bundan başqa, indi istifadəçilər səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı "video” düyməsinə sıxmaq kifayətdir.

Loading...

QALEREYA