4-cü kurs tələbələri təhsil haqqının yarısını ödəyəcək? - Ekspert qanunu izah etdi

4-cü kurs tələbələri təhsil haqqının yarısını ödəyəcək? - Ekspert qanunu izah etdi

Dərslərin başlaması ilə ali təhsil haqqları ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Xüsusilə də, 4-cü kurs tələbələrinin təhsil haqqlarını bütöv ödəmək məcburiyyətində olması etiraz doğurur.

Bidiyimiz kimi, 4-cü kursda dərslər yarım smestr aparılır, digər yarım smestr isə praktikalarda keçir. Bəs yeni qəbul olunacaq “Ali təhsil haqqında” qanunda bu məsələyə toxunulacaqmı? Son kurslar üçün təhsil haqqı aşağı salına bilərmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun mümkün olmamasının səbəblərini izah edib:

“Bilirsiniz ki, Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydaları müəyyənləşdirilib və artıq Milli Məclis tərəfindən “Ali təhsil haqqında” qanun hazırlanır. Bu qanunda yalnız təhsil haqlarının hissə-hissə ödənilməsi məsələsi nəzərdə tutulub. Bir çox ixtisaslar üzrə 4-cü kursda akademik müddət yarım smester hesab olunur, amma tələbənin həmin universitetlə işi davam edir. Tələbə praktik və yaxud nəzəri təcrübədə olur. Bütün hallada universitetin resurslarından istifadə edir. Ona görə də təhsil haqqı tədris ili üçün nəzərdə tutulub. Yəni, onun yarıbayarı azaldılması mümkün deyil. Düzdür, tələbə təhsil haqqını birinci smester fənlər üçün ödəyir. Digər tərəfdən 4-cü kurs tələbəsinin praktikaya getməsi, praktikaya lazımi sənədlərin hazırlanması üçün resusrlar tərtib olunur ki, bunu da universitet həyata keçirir”.