400 min avro sığortanı almaq üçün öz əlini mişarladı – Tibdə olay

400 min avro sığortanı almaq üçün öz əlini mişarladı – Tibdə olay

21 yaşlı qız asan yolla varlanmaq üçün ağlagəlməz plan qurub. Belə ki, əllərini böyük məbləğə 400 min avroya sığortalayan qız məbləği almaq üçün öz əlini biləyindən mişarlayıb.

Dəhşətli hadisə Sloveniyada baş verib. Qıza bu işdə ailə üzvləri də kömək edib. Əlini biləkdən mişarla kəsən qızı xəstəxanaya çatdıraraq, bağda ağacları mişarlayarkən bədbəxt hadisə verdiyini bildiriblər.

Hüquq –mühafizə orqanları hadisə baş yerən əraziyə baxaraq, kəsilib atılmış əli taparaq, xəstəxanaya çatdırıblar. Həkimlər qızın əlini yerinə tikiblər. Sığrta isə həmin əməliyyatın pulunu ödəyərək, əlilliyə görə kompensasiya verməkdən imtina ediblər.

Polis hadisənin qəsdən törədildiyinin üstünü açıb. İstintaqdan sonra günahkarları 3 ildən 8 ilə kimi həbs gözləyir. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA