500 min azərbaycanlını qovmaqla hədələyən Okruaşvili kimdir? - ŞOK DETALLAR

500 min azərbaycanlını qovmaqla hədələyən Okruaşvili kimdir? - ŞOK DETALLAR

Saakaşvilinin adam edə bilmədiyi korrupsioner İrakli Okruaşvili

Aprelin 25-də Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvili Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “David Qareci” (Keşişdağ) monastır bölgəsində Azərbaycan sərhədçilərinə üz tutaraq deyib ki, “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur”. Eyni zamanda Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili də facebook səhifəsində Azərbaycana hədələyici formada mesaj verib: “500 000 qaçqını Qırmızı Körpüdə qarşılayarsız”.

Siyasi ekspertlər Gürcüstanla-Azərbaycanın münasibətlərini pozmağa çalışan bu şəxslərin ermənilərə bağlı olduğunu bəyan edirlər. Həmçinin onların nəzərinə bir tarixi faktı çatdırırlar ki, Azərbaycan qədim dövlətdir, Borçalı da Azərbaycanın qədim torpaqlarıdır. 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilib, indi bəzi gürcülər bu tarixi gizlətməyə çalışırlar.

Sabiq müdafiə naziri İrakli Okruaşvilinin “500 000 qaçqını Qırmızı Körpüdə qarşılayarsız” ifadəsi isə aşkar separatçılıq əlamətidir.

Azərbaycanı hədələyən İ.Okruaşvilinin keçmişinə nəzər saldıqda isə onun korrupsioner, öz təmsil olunduğu komanda tərəfindən “otxod” elan edilmiş biri olduğu ortaya çıxır. 2000-ci illərin əvvəllərində Mixail Saakaşvili Gürcüstanın ədliyyə naziri olduğu dövrdə 1973-cü ildə Tiflisdə anadan olan İ.Okruaşvili ədliyyə nazirinin müavini olub. 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı”ndan sonra hakimiyyətə gələn Mixail Saakaşvilinin Şida Kartli regionunda səlahiyyətli nümayəndəsi təyin edilən Okruaşvili sonralar qısa müddət ərzində respublika prokuroru, daxili işlər naziri, 2004-cü ilin dekabrında isə müdafiə naziri təyin olunmuşdu. Onun qeyri-stabil, təmsil olunduğu hakimiyyətin nüfuzuna xələl gətirən fiqur olduğu bəlli idi. 2006-cı ildə Okruaşvili müdafiə naziri vəzifəsindən də azad olunmuş və iqtisadi inkişaf naziri təyin edilmişdi. Bir müddət bu vəzifədə çalışdıqdan sonra 2007-ci ilin payızında təmsil olunduğu iqtidarın ünvanına ittihamlarla çıxış edərək müxalifətə keçmişdi. Bundan sonra onun bir sıra korrupsiya cinayətləri, o cümlədən çirkli pulların yuyulması işi və qanunsuz olaraq pul tələb etməsi kimi ağır cinayətləri törətdiyi məlum olmuşdu. Bu cinayətlərinə görə İ.Okruaşvili barəsində cinayət işi qaldırımış və o, həbs edilmişdi. 2008-ci ilin əvvəllərində Okruaşvili barəsində hökm çıxarılmışdı. O, hədə-qorxu ilə bir sahibkardan “GeoCell” şirkətinin səhmlərini tələb etməkdə təqsirli bilinərək Tiflis məhkəməsi tərəfindən 11 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

Okruaşvili həbsdə olarkən təqsirini boynuna almışdı. Bundan sonra girov müqabilində azadlığa çıxmış və vətəni tərk etmişdi. Sabiq nazir Fransaya köçüb orada siyasi sığınacaq almışdı.

2012-ci ilin noyabrında Okruaşvili Berlində saxlanılaraq Gürcüstana gətirilmişdi. Bir müddət sonra isə azadlığa buraxılmışdı. Onun hazırda Gürcüstan siyasətində heç bir təsir gücü və nüfuzu yoxdur.

Azər Süleymanov ile ilgili görsel sonucu

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov “Vahid Milli Hərəkat” Partiyasının hakimiyyəti dövründə müdafiə naziri və daxili işlər naziri kimi yüksək postlarda çalışmış İrakli Okruaşvilinin cavabını verib. A.Süleymanov deyib ki, Mixail Sakaaşvilinin dövründə İrakli Okruaşvilinin bu tərz radikal ideyaları olduğu üçün tutduğu vəzifəsindən azad etdilər: “Okruaşvili özündən başqa heç kimi görmədiyinə, eləcə də rüşvətxor olduğuna görə komandadan qovuldu və işindən azad edildi, həmçinin həbs cəzası aldı. Bunu da əlavə edim ki, Okruaşvilinin Gürcüstan siyasətində heç bir çəkisi yoxdur. Yarım milyon azərbaycanlı Gürcüstan vətəndaşı aborigendir, haradansa gəlmə deyil, kökümüz, əslimiz-nəslimiz buraya aid olub. Mənim fikrimcə, İrakli Okruaşvili tam gürcü deyil. Əsl gürcü o ifadələrə yer verməz. Bu onun özü üçün ucuz bir reklam qazanmaqdır. Bu tərz addım heç bir siyasətçiyə yaraşmaz, onun kimi siyasətçi ölkənin tullantı siyasətçisidir. Gürcüstan siyasətində İrakli Okruaşvili özünə yer tapa bilməyən bir siyasətçidir”./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA