54 MİN HƏRBÇİNİ ORAYA TOPLADILAR! - DÜNYANIN GÖZÜ QARŞISINDA İŞĞAL

54 MİN HƏRBÇİNİ ORAYA TOPLADILAR! - DÜNYANIN GÖZÜ QARŞISINDA İŞĞAL

Qərb ölkələri Yaxın Şərqə çökdülər

Hurriyyet.org xəbər verir ki, Yaxın Şərqi tamamilə hərbi bazaya çevirən Qərb ölkələri regiondakı hərbi varlıqlarını günbəgün artırmaqdadırlar. ABŞ-ın 12 Yaxın Şərq ölkəsində 54 min hərbçisi var. Rusiya isə Suriya ilə müqavilə bağlayaraq, bu ölkədəki hərbi varlığının 50 il davam edəcəyini qanuniləşdirib. Ötən həftə isə İngiltərə Bəhreyndə ilk daimi dəniz bazasını açdı.

8 məntəqədə xüsusi təyinatlılar

Yaxın Şərqin 12 ölkəsində 54 min nəfərə yaxın amerikalının olduğu, bu ölkələrin 7-də isə ABŞ-a məxsus bazaların olduğu bildirilir. Amerika qüvvələrinin olduğu Yaxın Şərq də Afrika ölkələri bunlardır: Misir, İsrail, Livan, Suriya, İordaniya, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qətər və Bəhreyn. ABŞ, müttəfiqi adlandırdığı PKK/PYD terror təşkilatı ilə birlikdə Suriyanın şimalı və şimal-şərqindəki geniş sahəni nəzarəti altında tutaraq, həmin bölgədə iki hava bazası, 8 hərbi məntəqədə isə xüsusi təyinatlıları və hərbi avadanlığı vardır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi polkovnik Rob Menninq 2017-ci ilin dekabrında verdiyi açıqlamada İraqda 2500, Suriyada isə 2000 nəfərə yaxın Amerika hərbçisinin olduğunu qeyd eləmişdi.

Ən böyük baza Qətərdədir

ABŞ-ın Yaxın Şərqdəki ən boyük hərbi bazası Qətərdə yerləşən “Əl Üdeyd” hava bazasıdır – burada 11 min nəfərə qədər amerikalı hərbçi xidmət edir. Birdən artıq ABŞ hərbi və hava bazasına ev sahibliyi edən Küveytdə yerləşən təkcə “Əd-Doha” hərbi bazasında 10 mindən artıq amerikalı hərbçi ilə yanaşı, mindən artıq tank, yüzlərlə təyyarə və vertolyot olduğu güman edilir.

Rusiya 50 il Aralıq dənizi sahillərində qalacaq

Rusiyanın Suriyaya icazəli hərbi müdaxiləsi 2015-ci ildən bəri başlayıb. Rusiya prezidenti V.Putin ilə Suriya hökuməti arasında 2016-cı ildə imzalanan razılaşmaya görə, Rusiya qüvvələri Suriyanın Aralıq dənizi sahilindəki Lazkiye vilayətində yerləşən Xmeyemim hava bazasından 50 il istifadə edəcək. Bundan başqa, Rusiya Tartus donanma bazasından da istifadə edir.

İraqın işğalı davam edir

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabidəki Fransa daimi hərbi bazasında 700 nəfərə yaxın fransız hərbçinin olduğu güman edilir. İngiltərə isə 2014-cü ildə Bəhreyn, BƏƏ və Omanda baza qurmaq cəhdlərindən sonra ötən həftə Bəhreyndə ilk daimi dəniz bazasını açıb. İraqda 2003-cü il Amerika işğalından sonra hələ də minlərlə hərbçi ölkənin müxtəlif bölgələrindəki hərbi düşərgə və bazalarda “təlim və ya strateji əraziləri” qorumaq adı altında qalmaqdadır.

Cibuti də də məskunlaşıblar

Aralıq dənizi ilə Hind okeanını bir-birinə bağlayan Qırmızı dəniz-Aden körfəzi xəttinin keçidində yerləşən Cibuti ərəb ölkəsində hal-hazırda Fransa, ABŞ, İtaliya, Yaponiya və Çinin hərbi bazaları var. Səudiyyə Ərəbistanı da yaxın zamanda bu Şərqi Afrika ölkəsində baza açmağı planlaşdırır.

Hurriyyet.org

Loading...

QALEREYA