“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

  • 2019-02-21 10:21:20
  • |
  • Aktual /

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

Ötən gün Rusiya prezidenti Vladimir Putin Federal Məclis qarşısında ənənəvi illik proqram çıxışında ABŞ-a və onun müttəfiqlərinə hədə dolu bəyanatlar səsləndirib.

Putin Rusiyanın yeni hipersəs sürətli silahları barədə danışaraq söyləyib ki, meydana çıxacaq təhdidlərə cavab olaraq bu raketlərlə ABŞ paytaxtına zərbə endirəcəklər.

Putin çıxışında “Tsirkon” hipersəs raketindən də danışıb, bildirib ki, o, 1000 kilometrə qədər uça bilir, yerüstü və suüstü platformalardan tətbiq edilə bilər.

Rusiya KİV-i xəbər verir ki, istefada olan kontr-admiral Vsevolod Xmırov bildirib ki, “Tsirkon” hipersəs raketləri ilə təchiz edilmiş Rusiyanın hərbi gəmiləri və sualtı gəmiləri ABŞ-ın Avropada yerləşdirilmiş əsas idarəetmə sistemlərini məhv edər.

Onun sözlərinə görə, “Tsirkonlar” 500 kilometr məsafədə yerləşən hədəfləri 5 dəqiqə ərzində məhv etməyə qadirdir.

“Bu vaxt ərzində nə etmək olar? Ən yaxşı halda hədəfə uçan raketi aşkar etmə olar, amma onu heç cür yaxalamaq olmaz. “Tsirkon” hipersəs sistemləri istənilən hava hücumundan müdafiə sistemlərinindən praktiki olaraq müdafiə oluna bilir.

Qeyd edək ki, Putin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərə dair Müqavilədən çıxması, habelə Polşa və Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi barədə danışaraq deyib ki, bunlar Rusiyaya birbaşa təhdid yaradır. Çünki həmin ölkələrin ərazisində yerləşdirilən raketdən müdafiə sistemlərinin komponenti olan Mk-41 buraxılış qurğusu orta mənzilli, qanadlı “Tomohavk” raketlərinin də tətbiqinə imkan verir./Modern.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA