67 yaşlı qadının 27 min manatını mənimsəyənlər kimdir? - Oğlunu həbsdən "buraxdıracaqlarını" vəd ediblər...

67 yaşlı qadının 27 min manatını mənimsəyənlər kimdir? - Oğlunu həbsdən "buraxdıracaqlarını" vəd ediblər...

Pulu, oğlu ilə birgə cəza çəkən məhkumun adamlarına verib...

Sabunçu rayon Məhkəməsində 2 məhkum ailəsi arasında məhkəmə prosesi başlayıb.

Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinən İbrahimov Alim Əlisahib oğlunun məhkəmə prosesinə Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov sədrlik edəcək.

İttiham aktına görə, Zabrat qəsəbə sakini 67 yaşlı Abbasova Tutu Muxtar qızı cinayət məcəlləsinin 178-ci maddəsi ilə 8 il azadlıqdan məhrum edilən Abbasov Natiq Abbas oğlunu həbsdən azad etmək müqabilində 27000 (iyirmi yeddi min) manat pulu ayrı-ayrı şəxslərin vasitəsi ilə oğlu ilə bir yerdə cəza çəkən Alim İbrahimova çatdırıb. Xatırladaq ki, İbrahimov Alim Əlisahib oğlu cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Tutu Abbasova ifadəsində göstərib ki, oğlu Bakı İstintaq Təcridxanasında İbrahimov Alim Əlisahib oğlu ilə tanış olub: “İbrahimov Alim oğlum Natiqlə söhbətləşən zaman bildirib ki, qayınatası Əliyev Rasim Qüdrət oğlunun yüksək vəzifələrdə tanışları var və Rasim Natiqə azadlığa buraxılmasına köməklik edə bilər. Alim oğluma deyib ki, onun azadlığa buraxılması üçün 27000 manata yaxın pul lazımdır. Oğlum bunu mənə deyəndən sonra qohum-əqrabalarıma müraciət edərək borc pul axtarmağa başladım. Bundan sonra Alim mənə zəng vurdu ki, təcili 300 manat pul tap gətir ki, məhkəmə prosesini uzadaq, işi həll edək. 2017-ci ilin yanvar ayının 5-də Bakı istintaq Təcridxanasına gedərək 300 manatı təcridxananın işçilərinə verdim ki, Alimə versinlər. Sonra Alim mənimlə telefonla danışan zaman bildirdi ki, pulları düzəldim və o, bir nəfər tanışı taksi şoferi işləyən Şərif adlı şəxsi göndərəcək və həmin şəxs pulları məndən götürüb Alimin qayınatası Rasim adlı şəxsə aparacaq.

16 yanvar 2017-ci il tarixda Şərif adlı taksi sürücüsü yaşadığım evə gəldi və mən həyətdə 550 manat pulu Şərifə verdim. Şərif bildirdi ki, pulu Alimin qayınatası Rasimə verəcək. Sabahı gün, yəni yanvarın 17-də "Koroğlu” metrostansiyasının yanında Şəriflə yenidən görüşüb Alimin qayınatasi Rasimə çatdırmaq üçün 650 manat pulu verdim.

Yanvarın 26-da Şərif yaşadığım binanın həyətin gəldi, yenə də Rasimə çatdırmaq üçün 700 manat pul verdim. 31 yanvar 2017-ci ildə saat 16 radələrində Şərif yaşadığım binaya gəldi və binanın həyətində ona 3800 manat pul verdim.

Fevral ayının 9-da Nizami rayonu "Q.Qarayev” metrostansiyasının yanında Şəriflə görüşdüm, üzərimdə olan 2400 ABŞ dollarını "Əmrahbank”da milli valyutaya dəyişərək 4000 manatı Rasimə çatdırması üçün Şərifə verdim. Bundan sonra mart ayının 16-da Şərif yaşadığım evə gəldi və həyətdə 6000 manat pulu Rasimə çatdırması üçün Şərifə verdim. 18 mart 2017-ci il tarixdə yenidən yaşadığım binanın həyətində Şərifə Rasimə çatdırması üçün 1000 manat verdim. Mart ayında Rasim yaşadığım evə gələrək bildirdi ki, Şərifdən göndərdiyim pulları alıb Natiqin tezliklə azadlığa buraxılmasına çalışır və tezliklə buna nail olacaqdır. Rasimə inandığımı dedim.

24 mart saat 15 radələrində Şərif yaşadığım evə gəldi və ona Rasimə çatdırması üçün 5000 manat verdim. Aprel ayının 1-də Şərif yenidən yaşadığı binaya gəldi, yenə də Rasimə çatdırması üçün 1100 manat verdim. Sonuncu dəfə aprel ayının 6-da 3800 manat pulu yaşadığım evin həyətində Şərifə verdim ki, aparıb Rasimə versin.

Bundan sonra oğlum Natiq Alimdən işin nəticəsi barədə soruşduqda Alimlə aralarında mübahisə baş verib. Oğlum mənə zəng edərək Alimin bizi aldatdığını dedi. Bundan sonra Rasimə zəng etdim, məni aldatdığını dedim, mübahisəmiz düşdü. 2017-ci ilin may ayında Rasim yaşadığım evə gəldi və 6000 manat pulu qaytardı, dedi ki, oğlumun azadlığa çıxması üçün köməklik edə bilmir. Rasimin bu sözündən sonra aldadıldığımı görüb şikayət etdim”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA