6 MİN HƏRBÇİYƏ İMTAHAN SUALLARI NECƏ SIZDIRILDI...

6 MİN HƏRBÇİYƏ İMTAHAN SUALLARI NECƏ SIZDIRILDI...

Hurriyyet.org xəbər verir ki, Ankara şəhər prokurorluğunun apardığı təhqiqat zamanı 2012-ci ildən etibarən aparılan bütün hərbi imtahanlar araşdırılıb. Quru, Dəniz və Hava qüvvələrinəki 6 min hərbçiyə imtahan suallarının sızdırıldığı bəlli olub.

Milli müdafiə naziri Nurettin Caniklinin dünən söylədiyi “TSQ-də FETÖ ilə əlaqədar 3 min nəfər kripto əməkdaş işdən çıxarılacaq” açıqlamasının bu istintaqla bağlı olduğu bildirilir. İmtahan suallarının sızdırılması yolu ilə Türkiyə Silahlı Qüvvələrinə yerləşdirildikləri güman edilən şübhəlilərin adları bir-bir qeydə alınıb. Şübhəlilərin bəzilərinin hələ fəal şəkildə xidmət etdikləri bəlli olub. Prokurorluq ilk növbədə çox mühüm vəzifədə olanları tutmaq qərarı verib.

Ankara prokurorluğu, bundan əvvəl də, 2010-cu ildən etibarən Dəniz Qüvvələri sıraların 2500 nəfərin yerləşdirildiyini bildirmişdi.

Hurriyyet.org

Loading...

QALEREYA