6 nəfərin ölümünə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş - RƏSMİ

6 nəfərin ölümünə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş - RƏSMİ

Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

Hurriyyet.org xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova unikal.org-a açıqlamasında bildirib ki, qəzaya düşən mikraavtobus qeyri-qanuni fəaliyyət göstərib:

"Həmin "Mercedes Vito" markalı mikroavtobusu Niftəliyev Eliş Xaliq oğlu idarə edib. 04-BO-882 dövlət qeydiyyat nişanlı avtobus 05 mart 2019-cu il tarixində Ağcabədi rayonundan Rusiyaya yola düşüb. Həmin mikroavtobusun sürücüsü qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub. Biz də sərnişinləri avtovağzallardan kənar qeyri-qanuni xidmət göstərən avtobuslara və mikroavtobuslardan istifadə etməsin. Rusiya höküməti də bu cür vəziyyətdən narahatdır. Bu cür sürücülər qohum adı ilə sərnişindaşıma ilə məşğuldur".