70 yaşlı arvadına görə qətl törətdiyini deyən şəxsə HÖKM OXUNDU

70 yaşlı arvadına görə qətl törətdiyini deyən şəxsə HÖKM OXUNDU

Bakıda qətl törətməkdə təqsirləndirilən bağbanın məhkəməsi başa çatıb. O, qətli namus üstündə törətdiyini iddia edib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 46 yaşlı İlyasov Ruslan Ənvər oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin məlumata görə, Ruslan İlyasov qətlə yetirdiyi şəxsin evində bağban işləyirmiş. R.İlyasov Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçi qətlə yetirib.

Daha sonra polisə zəng edərək, qətl törətdiyini bildirib. Ruslan İlyasov polis əməkdaşlarına deyib ki, "narahat olmayın, özüm ən qısa zamanda bölməyə gələcəm".

Daha sonra polis əməkdaşları Ruslanı saxlayıb. İlyasov ilk dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Bildirib ki, Musayevin onun həyat yoldaşına “gözü düşübmüş”. Hətta ona sataşıb. Amma hüquq-mühafizə orqanı əməkdaşları buna inanmayıb. Çünki İlyasovun həyat yoldaşının 70-dən çox yaşı olub.

İlyasovun xanımı həm onun özündən, həm də mərhumdan yaşca çöx böyük olub. Onların arasında 30-dan çox yaş fərqi olub.

İlyasovun özündən 30 yaş böyük qadınla ailə həyatı qurmasının səbəbi də soruşulub. İlyasov deyib ki, yaşlı qadın ona çox kömək edib və o da təşəkkür əlaməti olaraq onunla ailə həyatı qurub.

Anket məlumatları dəqiqləşdirilən zaman İlyasovun daha əvvəl də adam öldürdüyü məlum olub. Belə ki, İlyasov onu təhqir edən şəxsi doğrayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA