73 yaşlı qadın dəm qazından zəhərləndi - VİDEO

73 yaşlı qadın dəm qazından zəhərləndi - VİDEO

73 yaşlı Firuzə Əliyeva hamamda su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib.

Hurriyyet.org ARB TV-yə istinadla xəbər verir ki, qadını huşsuz vəziyyətdə qızı aşkarlayıb.

Dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasının təcili yardım stansiyasına zəng edib. Hadisə yerinə gələn tibb işçiləri xəstəni İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.

Həkimlərin səyi nəticəsində qadını həyata qaytarmaq mümkün olub. Hazırda müalicəsi davam etdirilir:

Firuzə Əliyeva (zərərçəkən): "Heç iki dəqiqə çəkmədi. Başıma su da vurmamışdım".

Faktla bağlı araşdırma aparılır.

Loading...

QALEREYA