8 ay "işğal altında qalan" Fransada SON DURUM - Makron geri çəkiləcək? - FOTO

  • 2019-07-17 14:55:16
  • |
  • Dünya /

8 ay "işğal altında qalan" Fransada SON DURUM - Makron geri çəkiləcək? - FOTO

Yanacağın bahalaşması və iqtisadi şərtlərin pisləşməsinə reaksiya olaraq başlayan, daha sonra Fransa prezidenti Emmanuel Makronun hökumətinə qarşı çevrilən “Sarı jiletlilər” üsyanı 8-ci ayını tamamlayıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, üsyan qısa müddətdə ölkə və dünya gündəminin diqqətini Fransaya yönəldib.

Etiraz aksiyalarında şiddət olayları, mağazaların yarılması, avtomobillərin yandırılması, polislərin etirazçılara sərt müdaxilələri dünya gündəmində geniş əksini tapıb. “Sarı jiletlilər” sadəcə özlərinin deyil, bütün fransızların qarşılaşdığı çətinlikləri dilə gətirməsilə xalqın dəstəyini aldı. Lakin son həftələrdə aksiyalara qatılma nəzərəçarpacaq dərəcədə azalıb. Ehtimal edilir ki, üsyan yavaş-yavaş effektini itirəcək.

Fransa mətbuatının son həftələrdə marağı azaldı

İndiyə qədər bütün üsyanları və prosesləri canlı müşahidə edən və xəbərə çevirən Fransa mətbuatı artıq olaylara marağını itirib. Bir neçə həftə olaysız keçən etirazlardan sonra üsyançılar bazar günü Parisdə “14 iyul Milli Bayram” günü münasibətilə küçələrə axışaraq yenidən ölkə gündəmini zəbt etdi. Hərbi parad zamanı üsyançıların nümayişlərində 152 nəfər saxlanıldı. Etiraz qadağasına rəğmən, Çamps-Eliz prospektində toplaşan etirazçılarla polis arasında gərginlik yaşandı. Polis barrikadaları yandıran və bəzi maddələr atan etirazçılara bibər qazı ilə cavab verdi.

“Sarı jiletlilər” Markondan bir çox iqtisadi vəd almağı bacardı

Etirazçılar 8 ayda tələblərini tam şəkildə qarşılamasa da, prezident Makrondan bir neçə vəd almağı bacarıb. Makron dekabr və aprel ayında verdiyi açıqlamalarda şirkətlərə əlavə vergi yükü gətirmədən orta aylıq əməkhaqqına 100 avro əlavə ediləcəyini bildirmişdi. 2000 avro təqaüd alan şəxslərdən dövlət rüsumu alınmayacağı, işçilərin gəlir vergilərinin aşağı salınacağını və şirkətlərin bəzi vergilərinin ləğv olunacağı da vədlər arasında idi.

Etirazlara qatılanların sayı 20 minə çatmır

Mütəxəssislər bildirir ki, bu vədlər etirazlara müəyyən istiqamət verdi. Lakin etirazçılar Makronun vədlərini kifayət qədər hesab etmir.

Yaralı və həbs olunanlar

Daxili İşlər Nazirliyinin son hesabatına görə, nümayişlərdə indiyə qədər 1797 polis, 4245 vətəndaş yaralanıb. 12 107 nəfər saxlanılıb. 2 minə yaxın vətəndaş həbsə məhkum olunub.

Milli Polis İstintaq Qurumu (IGPN) nümayişlərdə təzyiqdən istifadə etdiyinə görə 256 polis haqqında istintaq işi açıb.

“Mediapart” saytının xəbərinə görə, etirazlarda polisin istifadə etdiyi müdafiə silahları səbəbilə 5 nəfərin əli qopub. 23 nəfər gözünü itirib, 268 nəfər başından, 15 nəfər əlindən, 64 nəfər bütün bədənindən, 26 nəfər kürəyindən, 106 nəfər ayaqlarından yaralanıb.

Nümayişlərdə 95 jurnalist, 40 məktəb şagirdi, 30 könüllü tibb işçisi yaralanıb. Polis 145 həqarətlə mətbuat azadlığını pozub.

Toplamda 11 nəfər nümayişlər zamanı ölüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA