9 milyon manata yaxın zərər edib, kapitalı “əriyib” – BANK HESABATI

9 milyon manata yaxın zərər edib, kapitalı “əriyib” – BANK HESABATI

“Bank Melli İran” Bakı filialı 2019-cu ilin birinci rübünü 8 milyon 603 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin eyni dövrünü 856 min manat xalis mənfəətlə bağlamışdı.

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə filialın faiz gəlirləri 700 min manat, haqq və komissiya gəlirləri 35 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 202 min manat təşkil edib.

2018-ci ilin ilk rübündə “Bank Melli İran” Bakı filialının faiz gəlirləri 763 min manat, haqq və komissiya gəlirləri 82 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 174 min manat təşkil etmişdi.

“Bank Melli İran” Bakı filialı ilk rübdə aktivlər üzrə ehtiyatların yaradılmasına 9 milyon 156 min manat ayırdığından zərər edib. Filialın 939 min manat cəmi gəlirləri ehtiyatlara ayırmaları və xərcləri bağlamağa kifayət etməyib. Böyük məbləğdə ehtiyatlara ayırma “Bank Melli İran” Bakı filialının müştərilərə verdiyi kreditlərin və digər banklarda yerləşdirdiyi depozitlərin riskdə olduğuna işarədir.

İlk rübdəki 8 milyon 603 min manat zərər kapitalın azalmasına səsəb olub. 2018-ci ilin sonunda 70 milyon 671 min manat təşkil etmiş cəmi kapital 31 Mart 2019-cu il tarixində 61 milyon 728 min manata düşüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA