Hamilə qadın özünü çaya ataraq intihar etdi - ​AĞDAŞDA DƏHŞƏT

Hamilə qadın özünü çaya ataraq intihar etdi - ​AĞDAŞDA DƏHŞƏT

Ağdaşda intihar hadisəsi baş verib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA