Prezident icra başçısı ilə bağlı sərəncam verdi

  • 2019-04-17 16:22:11
  • |
  • Ölkə /

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hurriyyet.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Sabah onun 60 yaşı tamam olur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA