Ramil Usubovdan daha bir TƏYİNAT

Ramil Usubovdan daha bir TƏYİNAT

Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.

Xəbəri İsmayıllı rayon Polis şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA