Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində - 28 May metrostansiyasının qarşısındakı meydanda marşrut xətti üzrə hərəkət edən və Masallı rayon sakini N.Həmidovun idarə etdiyi “Daewoo” markalı avtobus piyadanı vurub.

Avtobus dəmir yolu vağzalının qarşısından hərəkətə başlayarkən 1954-cü il təvəllüdlü Şəhla Hadıyeva nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA