ABŞ-IN SANKSİYALAR SİYASƏTİ...

ABŞ-IN SANKSİYALAR SİYASƏTİ...

Vaşinqtonun bu addımı dünya iqtisadiyyatına zərbə vurur

Çinə aid bəzi müdafiə sənayesi müəssisələrinə sanksiyalara gəlincə, bu, gözlənilən bir haldır. Çünki Çinin bir dövlət kimi gələcəkdə Amerikadan da qüdrətli dövlət olmaq imkanları var. O baxımdan, Amerika daima Çinə qarşı siyasət yürüdür. Prezdent Donald Trampın 1300 adda Çin mallarına 50 milyard dollarlıq gömrük vergisi tətbiq etməsi, o cümlədən “Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə haqqında” sənədin imzalanması onun bariz nümunəsidir. Amerikanın Çinə qarşı ticarət məhdudiyyətləri tətbiq etməsi əslində, Amerikanın Çindən ehtiyat etdiyini göstərir. Ona görə ki, 2017-ci ilin məlumatına görə, təxminən 75 trilyon dollar təşkil edən qlobal ümumi daxili məhsulun (ÜDM) 18 faizini (19 trilyon, 262 miyard) ABŞ ÜDM-i təşkil edirsə, ancaq göstəriciyə görə Çin ABŞ-a yaxınlaşır. Hazırda Çinin ÜDM 11 tirlyon 927 milyard təşkil edir. Hətta proqnozlara əsasən, Çin 2030-cu ildə ən yüksək ÜDM səviyyəsinə sahib olacaq və ABŞ-ı əvəzləyəcək. Elə məhz buna görə ABŞ Çinə daim rəqib gözü ilə baxır.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ab-in_sanksiyalar_siyasti )

Əslində, Rusiya, İran, Şimali Koreya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanına aid 28 şirkət və fiziki şəxslərə ABŞ tərəfindən sanksiya tətbiq edilməsi həm də bu ölkələrin bir iqtisadi birlikdə birləşməsini vacib edir. Ona görə də ABŞ-ın sanksiya siyasətinin qarşısını almaq üçün bu ölkələr addımlar atmalıdırlar. Təbii ki, Səudiyyə Ərəbistanı öz ağazı ABŞ-ın əmri ilə oturub-durduğu üçün heç bir addım atmaq iqtidarında deyil. Ancaq Rusiya və Türkiyənin dollardan imtina məsələsi xeyli vaxtdır ki, gündəmdədir. Ancaq bu yöndə də hələ ki, ciddi bir addım atılmayıb. Çin də hər zaman ABŞ-a qarşı cavab addımları atıb, ABŞ-ın Çin mallarına gömrük rüsumu tətbiq etdiyinə görə Çin də Amerika istehsalı avtomobil və neft-kimya məhsullarına 25% vergi tətbiq edib. Çinin Dövlət Şurası 14 kateqoriyada, 106 məhsulun siyahısını dərc edib. Göründüyü qədər dünya ölkələri də ABŞ-ın hegemon siyasətinə qarşı tədbirlər planı hazırlayırlar. Amma bu da yetərli deyil. Bu tədbirlər planı yetərli olmadığı və Amerika supergüc kimi dünyada istədiyinə nail olmaq üçün tarixi boyu digər ölkələrə qarşı da dəfələrlə sanksiyalar tətbiq edib və bundan sonra da analoji addımlar atacağı istisna olunmur. Çünki dünya ölkələri Amerikaya qarşı vahid güc nümyaiş etdirə bilmirlər. Elə buna görə də ABŞ müxtəlif vaxtlarda müxtəlif ölklərə sanksiyalar tətbiq edib.

Xatırladaq ki, ABŞ Balkan yarımadasında müharibə zamanı BMT Təhlükəsizlik Şurası Serbiya və Monteneqro ərazisində sanksiyaların tətbiq edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul edib. İlk növbədə silah alınması qadağan edilib, xarici maliyyə müəssisələrində olan hesablar dondurulub. 2004-cü ildə ABŞ “Belarusda demokratiya haqqında akt” qəbul edib. Konqresmenlər Belarusa satılan silahlar və texnologiyalar haqqında məlumatın açıqlanmasını tələb ediblər. Qanun layihəsində Belarusda “demokratik proseslərə dəstək” üçün vəsait ayrılması nəzərdə tutulub. Sanksiyalar zamanla daha da sərtləşdirilib. 2011-ci ildə isə bir sıra şəxslərin səfərinə məhdudiyyətlər qoyulub, onların aktivləri dondurulub. Sanksiyaların tətbiq olunduğu şəxslər siyahısında Belarus prezidenti Aleksandr Lukaşenko, onun oğulları Viktor və Dmitri, həmçinin jurnalistlər, məmurlar, hakimlər və.s şəxslər var.

1997-ci ildə Birmaya qarşı sanksiyalar tətbiq olunub. Nəticədə Amerika şirkətləri bu ölkəyə investisiya yatırmaq imkanını itiriblər, hərbi xuntanın üzvlərinin ABŞ-a daxil olması qadağan edilib. Ənənəvi olaraq, sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və bank hesabları dondurulub. 2003-cü ildə sanksiyalar daha da sərtləşdirilib. Birmadan ixrac tamamilə dayandırılıb. Ölkənin ABŞ-dakı aktivləri dondurulub.

2011-ci ildə isə ABŞ Kot-d’İvuarın bir sıra şəhərlərində seçkilərinin nəticələri ləğv edildiyinə görə, prezident Loran Qbaqbo, onun xanımı və tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib, sanksiya tətbiq olunan şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və bank hesabları dondurulub.

Kubaya qarşı ilk sanksiyalar isə 1960-cı ildə, Amerika fiziki və hüquqi şəxslərinin mülklərinin milliləşdirilməsindən sonra tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib. 1962-ci ildə Kuba Amerika Dövlətləri Təşkilatından çıxarılıb, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkə ətrafında qarantin zonası yaradıblar.1966-cı ildən isə ABŞ vətəndaşları Kubaya səfər etmək imkanından məhrum olublar. Bu qaydanı pozanları 10 ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir. Kubaya qarşı tətbiq olunan sanksiyalar bu gün də qüvvədədir. İqtisadi blokadalar Kuba iqtisadiyyatına 100 milyard dollar miqdarında ziyan vurub.

ABŞ-IN SANKSİYALAR SİYASƏTİ...

Konqo Demokratik Respublikasına (KDR) qarşı sanksiyalar isə 2006-cı ildən bəri tətbiq olunur. Sanksiyaların müddəti bir necə dəfə uzadılıb. BMT-nin xüsusi nümayəndəsi Marqo Vallsrem 2010-cu ildə KDR-in hökumət qüvvələrini zorlama və qətllərdə ittiham edib.

İraqa qarşı ticari sanksiyalar 1990-cı ildən tətbiq olunmağa başlanılıb. Dərman və qida məhsulları, neft və neft məhsulları ixracı istisna olunmaqla digər məhsulların idxalı qadağan edilib. Sanksiyalar 2010-cu ildə ləğv edilib.

Livana qarşı isə sanksiyalar 2012-ci ildə ölkənin suverenliyinə, onun demokratik proseslər və institutlarına təhlükə törədən şəxslərə qarşı tətbiq edilib. Digər ölkələrdə olduğu kimi burada da sanksiya tətbiq olunan şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.

2011-ci ildə ABŞ Liviyaya qarşı ticari və maliyyə sanksiyaları tətbiq edib. Məhdudiyyətlər bir sıra bank və şirkətlərə şamil edilib. Sanksiyalar Müəmmər Qəddafi rejiminə qarşı tətbiq edilib. Qoyulmuş məhdudiyyətlər sonradan yeni hökumətin xahişi ilə ləğv edilib.

Somaliyə qarşı sanksiyalar isə “Əl-Şəbab” qruplaşması ilə bağlıdır. Bu ölkəyə sanksiyalar 2010-cu ildə qoyulub. “Əl-Şəbab” qruplaşması həmin vaxt Somali paytaxtının bir hissəsinə və cənub ərazilərinə nəzarət edib. Ölkədəki bütün terror qruplaşmaları ilə əlaqəsi olan şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların bank aktivləri və hesabları dondurulub.

ABŞ 2007-ci ildə birtərəfli qaydada Sudana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalara əsasən bir sıra şəxslərin aktivləri, hesabları dondurularaq müsadirə edilib. Bundan əlavə, Amerika vətəndaşları vəşirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edilib. Bununla da 30 Sudan şirkəti ABŞ-la ticarət əməliyyatları aparmaq və ABŞ banklarından maliyyə yardımları almaq imkanından məhrum olublar. Onların ABŞ-da olan aktivləri dondurulub.

2014-cü ildə Cənubi Sudan hökuməti ilə yerli üsyançılar arasında toqquşmaların fonunda bu ölkəyə qarşı da sanksiyalar tətbiq olunub. Ölkədə hüquqi bərabərsiliyə yol verən bütün şəxslərin bank hesabları dondurulub, aktivləri müsadirə olunub. Amerika vətəndaşları və şirkətlərinə həmin şəxslərlə əlaqə qadağan edilib.

Suriyaya qarşı iqtisadi sanksiyalar isə 2004-cü ildən tətbiq olunmağa başlanıb. Sanksiyalar Suriya rejiminin terror təşkilatlarına yardım etməsi, Livanın işğal edilməsi, kütləvi qırğın silahları və İraqda üsyançılara dəstək verilməsi müqabilində qəbul edilib. Sanksiyalara əsasən bir sıra şəxslərin vəşirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edilib. Bundan əlavə, Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edilib.

2014-cü ilin mart ayında Ukrayna və Krımdan olan üç məmura qarşı da sanksiyalar tətbiq edilib. Viktor Yanukoviç, Serqey Aksenov və Viktor Medeveçukun ABŞ-a daxil olması qadağan edilib. Onların həmçinin bu ölkədə aktiv və hesabları da dondurulub.

2012-ci ildə Yəməndə vətəndaş müharibəsi fonunda ABŞ hakim rejimə aid edilən şəxslərə qarşı sanksiyalar tətbiq edib, onların ABŞ girişi qadağan edilib, ölkə ərazisində aktivləri dondurulub.

Zimbabve rejiminə qarşı sanksiyalar isə 2002-ci ildə qəbul edilib. Sanksiyalara əsasən bir sıra şəxslərin və şirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edilib. Bundan əlavə, Amerika vətəndaşları vəşirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edilib.

Əslində, ABŞ-ın dünyanın bir çox ölkəsinə sanksiya tətbiq etməsi onun dünya iqtisadiyyatıan necə ağır zərbə vurduğunu aydın göstərir. Dünyada demokratiyanın beşiyi sayılan ABŞ-ı demokratiyanın beşiyi hesab etmək doğru deyil. Çünki ABŞ daima əlindəki imkanlardan istifadə edib, öz maraqlarını təmin etmək naminə bir sıra ölkələri məhv etmək siyasəti yürüdüb, bunu indi də davam etdirir.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA