Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Hurriyyet.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA