BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_24791)

- Yoldaş Məmmədov, mən Sizi eşidirəm. – dedi.

- Avtandil, mən bilirəm, sən Kozlovun yanına məndən şikayət etməyə gedirsən, elə deyilmi?

- Hər halda tərifləməyə getmirəm!

- Avtandil, bilirəm , əmin oğluna görə çox əsəbiləşmisən. Ancaq mən nə edə bilərdim? Fakt qarşısında qaldım. Ona görə də sərt qərar çıxartmağa məcbur oldum. Özün də yaxşı bilirsənki, zorlamağa cəhd göstərmək çox ağır ittihamdır.

- Bilirəm. Ancaq xahiş edirəm, mənim bir sualıma cavab verəsiniz. Siz inanırsınızmı ki, Zakirdəllək Xanımı doğrudan da zorlamaq fikrində olub?

- Yox, inanmıram.

- Bəs o zaman Sizin vicdanınız bu cür qərar çıxartmağa necə yol verdi? Axı, bu cür qərar verməklə Siz ilk növbədə özünüzü, sonra da büro üzvlərini gülünc vəziyyətə qoymuşsunuz.Hamıya, o cümlədən Sizə də mə’lumdur ki, rayonun bütün sakinləri xanımı yarı kişi, yarı qadın kimi tanıyır. Onun kimi anormal, eybəcər bir məxluqa kim tamah salar?

- Avtandil, düz deyirsən. Ancaq, artıq gecdir. Gəl, bu gündən sonrakı, gələcək münasibətlərimizi yaxşılaşdırmağa çalışaq. Bu günə qədər aramızda olan düşmənçilik münasibətini, biri-birimizə etdiyimiz pislikləri tamamilə unudaq. Sənə söz verirəm ki, bir dahaheç kimə sənin rayondakı qohum-əqrabalarına dəyib dolaşmağa, güldən artıq söz deməyəimkan verməyəcəyəm. Avtandil, gəl düşmən yox, dost olaq!

- Cavanşir Məmmədov, Avtandillə Zakirin istəkli olduqlarını bildiyi halda, yenə də ümid edirdiki, Avtandilə etdiyi bu müraciət ola bilər ki, onun ürəyini yumşaltsın və onu Kozlovun qəbuluna getməkdən çəkindirsin. Zakirin yerinə başqa birisi olsa idi, bəlkə də,Avtandil bu müraciətə müsbət cavab verib onun ümüdünü doğruldardı. Lakin, Zakirin uğrunda ölümə də getməyə hazır olan Avtandil, əmisi oğlunun başından bircə tükün belə əskik olmasına razılıq verməzdi. Avtandil, bu müraciəti etməklə Cavanşir Məmmədovun Zakirlə əlaqədar gördüyü cəza tədbirləri ilə onun razılaşmasına nail olmaq istədiyini yaxşıbaşa düşürdü. Avtandil:

- Sizin təklifinizlə razıyam, ancaq bir şərtlə! – dedi.

- O hansı şərtdir?

- Şərtim, Zakirlə bağlı dünənki büro iclasının qərarını dərhal ləğv edilməsi və Zakirin öz işinə və partiya üzvülüyünə bərpa edilməsidir.

- Avtandil, bu mümkün deyil!

- O zaman qulaq asın. Mən elə bu dəqiqə Kozlov yoldaşın yanına gedib Sizin Zakirə qurduğunuz tələ haqqında ona danışacağam. Eyni zamanda mənim qohumlarımdan Sizin qisas alabiləcəyiniz barədə vaxtilə ona dediyim sözləri də yadına salacam. Yəqin ki, bundan sonra o, Sizə qarşı ciddi tədbir görəcəkdir. Əks təqdirdə Sizə qarşı şəxsən mən özüm tədbir görəcəyəm!

- Sən artıq məni hədələyirsən...

- Yox, bu, hələlik adicə xəbərdarlıqdır. Ancaq istəyirəm ki, biləsiniz, Zakirə qarşı törətdiyiniz təxribat məni çox şeyə vadar edə bilər. Əgər Kozlov yoldaşın vasitəsilə mən Zakirin öz işinə və partiya üzvülüyünə bərpa edilməsinə nail ola bilməsəm, onun qisasını Sizin oğlunuzdan alacağam. Universitetdə oxuyan oğlunuza elə bir tələ quracağam ki, oradan o, sağ-salamat çıxa bilməsin, - deyib, Avtandil ayağa qalxdı və qətiyyətli addımlarla Kozlovun kabinetinə tərəfüz tutdu. Avtandilin son cümləsi Cavanşir Məmmədovu elə bil ki, yuxudan oyatdı. Özqisasçılıq hərəkəti ilə oğlunu təhlükəyə məruz qoyduğunu yalnız indi başa düşdü. Bir an həyəcan içində fikirləşdi: “Avtandilin əmisi oğlunun qisasını oğlumdan ala biləcəyi niyə mənim ağlıma gəlməyib? Bu barədə nə üçün əvvəlcədən fikirləşməmişəm? Avtandil dediyinə əməl edən adamdır. Əgər əmisi oğlu öz işinə və partiya üzvülüyünə bərpa edilməsə o, heç vaxtsakitləşməyəcək və o zaman...” O, diksinmiş adam kimi yerindən hövlank qalxıb, cəld Avtandilin ardınca irəli atıldı. Avtandil Kozlovun köməkçisinin oturduğu otağın qapısını açmaq istəyən anda onun qolundan yapışdı. Sonra çox yavaş səslə:

- Sən Allah, Kozlovun qəbuluna getmə, lazım deyil. Əminəm ki, bir biri-birimizlə dil tapabiləcəyik, - deyib, Avtandili kənara çəkdi.

- Avtandil, mən doğrudan da istəyirəm ki, bu gündən sonra bizim biri-birimizə pisliyimizkeçməsin. Aramızda olan düşmənçilik münasibətini dostluq münasibəti ilə əvəz etməknaminə Zakirlə əlaqədar buraxdığım səhvi dərhal düzəltməyə hazıram... Hə, de görüm,barışırıq, yoxsa yox?

- Əgər doğrudan da, büronun qərarını dərhal ləğv edib Zakiri öz işinə və partiya üzvülüyünəbərpa edəcəksinizsə, əlbəttə, barışırıq!

- Mən elə bu saat rayona yola düşürəm. Əmin oğlunun məsələsi ilə əlaqədar sabahnövbədənkənar büro iclasını keçirib onu həm öz işinə, həm də partiya sıralarına bərpa

edəcəyəm. Kişi kimi sənə söz verirəm, inan mənə!Avtandil:

- Yaxşı, inanıram.

- Ancaq Avtandil incimə, ona bir töhmət verməli olacağam. Ehtiraz etmirsən ki?

- Əgər bu töhmət şəxsi işinə yazılmayacaqsa, razıyam.

- Narahat olma, şəxsi işinə yazılmayacaq. – deyib Məmmədov gülümsündü. - Zakirə də tapşıracağam ki, bürodan sonra sənə zəng vurub məlumat versin.

Artıq həyəcan tamamilə sovuşmuş, tam sakitləşmiş Cavanşir Məmmədov əsl dost kimi Avtandilin əlini sıxıb onunla xudahafizləşdi. “Hələlik” deyib məmnun halda onu tərk elədi.Avtandil Mərkəzi Komitədən çıxıb iş yerinə -raykoma yollandı. Zakirin səbirsizliklə ondan birxəbər gözlədiyinə görə, iş yerindən evə zəng vurdu. Zakirin telefon xəttinin o biri başındangələn səsini eşidən kimi dedi:

- Zakir, narahat olma, hər şey əladır! Sabah büro iclasında həm partiya sıralarına, həm də öz işinə bərpa edilirsən. Sabah mütləq büroda olmalısan!

- Avtandil, bu Kozlovun göstərişidir?

- Yox, mən onun qəbuluna getməli olmadım.

Çünki, Mərkəzi Komitədə təsadüfən Cavanşir Məmmədovla rastlaşdıq. Onunla xeyli söhbət etdik. Səhv etdiyini başa düşdüyünə görə o, özü bu qərara gəldi.

- Avtandil, sən ona inanırsan? Bəlkə o, səni aldadır?

- Yox! Səni əmin edirəm ki, sənin fikirləşdiyin kimi deyil! Axşam mən evə gələndə bu barədə ətraflı söhbət edərik. İndi isə dur get dəmir yolu vağzalına. Əvvəlcədən qatara bilet götür ki,arxayın olaq. Birdən axşama bilet qalmaz. Aydındır?

- Aydındır!

Avtandil işdən çıxıb evə gələndə ondan xeyli tez işdən gəlmiş arvadı mətbəxdə xörək bitirməklə məşğul idi. Əl-üzünü yuyub, divanın üstündə rahatlandıqdan və Lyudmilanın verdiyi bir stəkan çayı içdikdən sonra Mərkəzi Komitədə Cavanşir Məmmədovla olansöhbətini ətrafı surətdə Zakirə çatdırdı. Bayaqdan narahatçılıq keçirən Zakir, əmisi oğlunu dinlədikdən sonra tam sakitləşdi. Sevinc qığılcımları ilə dolmuş gözlərini Avtandilə tərəf yönəldib əmisi oğluna minnətdarlıq etdi:

- Çox sağ ol, Avtandil! Yaman büdrəmişdim. Sən vaxtında qoluma girib məni yıxılmağa qoymadın. Sənin bu hərəkətini ömrüm boyu unutmayacağam.

- Bu nə sözdür, deyirsən, Zakir! Minnətdarlığa qalsa, ilk növbədə mən sənə minnətdar olmalıyam. Ona görə ki, rayonda məni vəhşicəsinə döyənlərin əlindən sən xilas etmisən. Ovaxt sən hayıma çatmasa idin, bəlkə də ölmüşdüm... Biz biri-birimizə minnətdarlıq etməməliyik. Çünki, biz təkcə əmioğlu deyilik! Biz həm də qardaşıq! Bəlkə, qardaşdan daartığıq! Biz biri-birimizə arxa, dayaq olmasaq, kim bizə arxa, dayaq olacaq?

Bu vaxt mətbəxdən qonaq otağına keçən Lyudmila onların yenə çay içib-içmədiklərini soruşdu. Avtandil cavabında:

- Daha çay lazım deyil. Bizə yemək ver, mən yaman acımışam, -dedi.

- Yemək hazırdı, bu saat gətirərəm, - deyib Lyudmila mətbəxə keçdi.

Avtandil Zakiri qatarla rayona yola salıb, evə qayıdanda gecə yarıdan keçmişdi. Yavaşca qapını açıb, dəhlizə daxil oldu. Pencəyini çıxardıb oradakı asacaqdan asdı. Yataq otağına keçib üst paltarını soyundu Həyat yoldaşı ilə qızını şirin yuxudan oyatmamaq üçün, ehmalca yorğan-döşəyinə girdi. Ancaq nə qədər çalışdısa gözünə yuxu getmədi: Əmisi oğlununona dediyi “bəlkə o səni aldadır?” kəlməsi Avtandilin ürəyinə şüphə toxumu səpmiş, onu narahatetməyə başlamışdı. “Bəlkə, Cavanşir Məmmədov doğrudan da məni aldatmaq fikrinə düşüb? Bəlkə, o, məni arxayın salıb Zakiri həbs etdirmək istəyir? Bəlkə o, fikirləşir ki, Zakiri həbs etdirib,ona cinayət işi açdırdıqdan sonra Mərkəzi Komitədə mənim şikayətimə məhəl qoyan olmayacaqdır? Yox, yox... Ola bilməz! O, əmindir ki, Kozlov məni qəbul edib, dinləməkdən imtina etməyəcək. Elə ona görə də məndən onun yanına getməməyi xahiş elədi. O, ikinci dəfə Kozlovun qəbulunda mənimlə üz-üzə gəlməkdən çəkindi. O, qorxur ki, Kozlov onun özbaşınalığından təngə gəlib, onun qisasçılıq əməlləri barədə Heydər Əliyevi də məlumatlandıra bilər. Bir də Cavanşir Məmmədov axmaq deyil ki, yeganə oğlunun təhlükəsizliyi haqqında fikirləşməsin. O, çox yaxşı başa düşür ki, mənə verdiyi sözə əməl eləməsə oğlunu daim təhlükə ilə üz-üzə qoya bilər”... Bu kimi fikirlər onu rahat buraxmadığından yatağında o yana, bu yana qurcuxan Avtandil gecədən xeyli keçmiş yuxuya getdi.Gecə yuxusuna haram qatan fikirlər gündüz də tez-tez Avtandili narahat edirdi. Bütün günü əmisi oğlu barədə düşünən Avtandil, iş vaxtı bitən kimi evə yollandı. Mənzilə daxil olan kimihəyat yoldaşından soruşdu:

- Zakir zəng eləmədi ki?

Lyudmila:

- Hələ yox, - dedi. Sonra ərinin çox həyəcanlı olduğunu görüb, onu sakitləşdirməyə çalışdı:

- Niyə belə həyəcanlısan? Özünü ələ al! Görəcəksən, hər şey yaxşı olacaq!

- Ən pis hadisə baş verə biləcəyindən qorxuram. Qorxuram ki, birdən katib məni aldadıb Zakiri həbs elətdirər. Onda necə olacaq? Zakir həbs edilsə, mən rahat yaşaya bilmərəm axı! Belə haqsızlığa əgər o yol verərsə, mən ondan qisas almağa məcbur olacağam!

- Sən vaxtından əvvəl qərar vermə! Get yuyun, rahatlan. Özün bilirsən ki, Zakir sözünə dəqiqdir. Hadisələr necə inkişaf edirsə etsin, o, sənə bir xəbər çatdıracaq, darıxma!

Avtandil yenicə hamamdan çıxıb divanda rahatlanmışdı ki, şəhərlər arası telefon zəngi çalındı.O, cəld yerindən qalxıb telefon dəstəyini götürdü. Dəstəyi qulağına yaxınlaşdıranda Zakirin sevinc içində dediyi sözləri eşitdi:

- Avtandil, hər şey sənin dediyin kimi oldu. Bir sözlə, mən öz işimə və partiyaya bərpa olundum. Çox sağ ol! Səni bağrıma basıb öpürəm, əmi oğlu!

- Bu şad xəbərə görə mən də səni bağrıma basıb öpürəm. Səni mən də, Lyudmila da ürəkdən təbrik edirik. Hə, bir de görüm, töhmət verdimi?

- Hə. Ancaq narahat olma, töhmət şəxsi işimə yazılmamaq şərti ilə verildi.

- Lap yaxşı. Bir daha səni təbrik edirəm. Ancaq unutma ki, bundan sonra daha çox ehtiyatlı olmalısan. Özünü şərdən, böhtandan gözləməlisən. Daha yaxşı olar ki, yaxın gələcəkdə ailənlə birlikdə Bakıya köçüb gələsən.

- Avtandil, mənim də, dayımın da elə bir fikri var. Yəqin ki, 5-6 ay ərzində bu fikrimizi reallaşdırabiləcəyik.

- İnşallah... Zəkəriyyə dayımıza və həyat yoldaşın Sərfinaza bizdən çoxlu salam söylə! Görüşənədək! – deyib, Avtandil telefon dəstəyini yerinə qoydu. Əmisi oğlunun məruz qaldığı təhlükənin artıq sovuşduğunu görüb, rahat nəfəs aldı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA