BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-27 14:31:16
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_89049)

X Fəsil

Rayonda sensasiyaya səbəb olmuş və ictimai rezonans doğurmuş bu büro iclasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, büronun qərarları əhali arasında müzakirə olunmaqda davam edirdi. Bumüzakirələrin səngiməməsi Avtandilin nüfuzunun getdikcə artmasına, Cavanşir Məmmədovun isənüfuzdan düşməsinə səbəb olurdu. Cavanşir Məmmədov bütün bunların qarşısını almaqda acizolduğunu hiss edirdi. Ona görə də Avtandildən qisas almağı qarşısına bir məqsəd kimi qoymuşdu.

Əslində o, bu fikrə, Avtandilə görə Mərkəzi Komitədə ciddi töhmət aldığı gündən düşmüşdü. Həmin gündən qisasçılıq hissi daim onu təqib edir, ona rahat yaşamağa və işləməyə imkan vermirdi. Avtandildən qisas almaq fikrini reallaşdırmaq üçün aylarla beynində müxtəlif planlar cızır, lakin götür-qoy etdikdən sonra bu planların heç birinin üstündə dayana bilmirdi. O, Avtandilə elə bir zərbə vurmaq istəyirdi ki, Avtandil aldığı bu zərbədən uzun illər özünə gələ bilməsin, əzab içərisində qıvrıla-qıvrıla qalsın. Nəhayət, son günlər ağlına gələn bir ideyanı həyata keçirtmək qərarına gəldi. Bu məqsədlə rayon milis şöbəsinin rəisi Talıbovu yanına çağırtdırdı.

- Talıbov, də görüm, nə var, nə yox? Vəziyyət necədir?

- Hər şey qaydasındadır, Cavanşir müəllim!

Cavanşir Məmmədov onu başdan ayağa qədər tənbehedici nəzərlərlə süzüb:

- Ə, nə qaydasındadır? Camaat arasında gedən söz-söhbətdən xəbərin yoxdur? Məgər Avtandilin mənim üzərimdə qələbə çaldığı barədə aylarla gedən şayiələr sənin qulağına çatmır? Camaat az qalır ki, onu xalq qəhrəmanı elan eləsin, sən də deyirsən ki, hər şey qaydasındadır.

- Cavanşir müəllim, camaatın ağzını yummaq olmaz, nə danışırlar, qoy danışsınlar. O söz- söhbətləri ürəyinizə salmayın, onlara heç fikir də verməyin.

Talıbovun belə yastı-yastı danışması, ona məsləhət verməsi Cavanşir Məmmədovu lap hövsələdən çıxartdı. O əsəbi şəkildə:

- Talıbov, səni bura çağırmışam ki, mənə məsləhət verəsən? Sən kimsən axı? Talıbov katibin daha da əsəbiləşəcəyindən qorxub susdu, onun sakitləşməsini gözlədi. Xeyli keçəndən sonra əsəblərini ram edə bilmiş Cavanşir Məmmədov dilləndi:

- Sənin işçilərin Avtandili vaxtında həbs edə bilsəydilər, bu gün onun qəhrəmanlığından danışan olmazdı. Bu gün onun nüfuzu bu səviyyəyə qalxmazdı. Nə qədər onun nüfuzu artırsa, o qədər də mən nüfuzdan düşürəm.

- Bu biabırçılıqdır, Talıbov! Bunun qarşısını almaq üçün bir tədbir görülməlidir!

- Cavanşir müəllim, biz ona qarşı nə tədbir görə bilərik? O, Bakıda yaşayır. Eşitdiyimə görə orada o , yenə partiya işindədir.

- Hə, elədir. Ona əlimiz çatmır. Ancaq onun doğma qardaş qədər, bəlkə qardaşından da artıq istədiyi əmisi oğlu buradadır. Onu tanıyırsanmı?

- Bəli, Cavanşir müəllim, tanıyıram. Siz rayon qəzetinin müxbiri Zakir Abbasovu deyirsiniz.

- Elədir ki, var. Avtandil və Zakir Abbasov ekiz qardaşlar kimi çox istəklidirlər. Elə bir şey təşkil etmək lazımdır ki, onun əsasında Zakir Abbasov həm partiya sıralarından qovulsun, həm də o, cinayət məsuliyyətinə cəlb edilsin. Zakiri həbs edə bilsək, Avtandilə çox ağır bir zərbə vurmuş olarıq. Eyni zamanda əmisi oğlunu azad etdirməyə onun gücünün çatmadığını görən əhali içərisində Avtandilin nüfuzu dərhal aşağı düşəcəkdir. Mənim dediklərim sənə çatdımı,

Talıbov?

- Bəli çatdı. Ancaq bu işi reallaşdırmaq üçün mənə ən azı bir həftə vaxt lazımdır.

- Sənə on gün vaxt verirəm. Aydındır?

- Aydındır.

- O zaman gedə bilərsən!

Cavanşir Məmmədov, Avtandilin onun haqqında Kozlova dediyi “Sergey Vasilyeviç, Məmmədov yoldaş çox kinli, küdurətli adamdır... Qorxuram ki, mən Bakıya köçəndən sonra o, mənim yaxın qohumlarımdan qisas alsın, onları incitsin” kimi sözlər yadına düşdükcə, hirsindən dodaqlarını gəmirirdi. Milis şöbəsinin rəisi ilə söhbət edəndə də bu sözlər onun yadında idi. Ancaq o, fikirləşirdi:

“Əvvəla Kozlovun yanındakı üzləşmədən bir ilə yaxın vaxt keçib. Yəqin ki, Avtandillə bağlıməsələni bu müddət ərzində Kozlov çoxdan unudub. Sonrası isə Avtandil bu əhvalatla bağlı heç birşey itirmədi, əksinə qazandı: Mərkəzi komitənin köməkliyi ilə kənd rayonundan gedib paytaxtınən yaxşı rayonlarından birində işə düzəlib. Çətin ki, bundan sonra o, Kozlovun yanına şikayətəgetməyə cürət eləsin. Buna onun heç haqqı da yoxdur. Məgər o, başa düşmür ki, artıq həlledilmiş bir məsələni yenidən qabartmaqla Kozlovu qəzəbləndirə bilər? Ola bilsin ki, Kozlovonu heç qəbul da eləməsin.” Bu kimi fikirlərlə Cavanşir Məmmədov özünə təsəlli verib, əsəblərini sakitləşdirməyə çalışırdı.

****

Avtandil arvadı və qızı ilə təzəcə şam yeməyini başa vurmuşdu ki, telefonun uzun-uzadı zəngieşidildi. Bu şəhərlərarası telefon zəngi idi. Avtandil telefonun dəstəyini qaldırıb qulağınatutdu. Xəttin o başından əmisi oğlu Zakirin həyəcanlı səsi gəldi:

- Avtandil, dünən milis işçilərinin qurduğu tələyə düşdüm: guya dəllək xanımı zorlamaq istəmişəm. Düzü buna o qədər də əhəmiyyət vermədim. Fikirləşdim ki, axı bütün rayon dəlləkxanımı yaxşı tanıyır. Hamı bilir ki, onda qadına xas olan əlamətlərdən heç nə olmadığı üçünona heç kim tamah salmaz. Lakin buna baxmayaraq bu gün qəflətən mənim məsələmiraykomun büro iclasında müzakirəyə çıxartdılar. Birinci katibin təklifi ilə mən partiyadan və işdənazad edildim. Görünür katibin məni həbs etdirmək fikri var.

Zakirə qulaq asdıqca, Cavanşir Məmmədovun bu təxribatı təşkil etməklə zərbəni ona endirmək fikrində olduğunu yaxşı başa düşdüyündən, Avtandilin əsəbləri tarıma çəkilir, hirsindən az qalırdı ki, boğulsun. Lakin O, Zakiri daha çox həyəcanlandırmamaq üçün özünü tez ələ alıb sakitləşdi.

- Zakir, narahat olma, hər şey yaxşı olacaq. Mənə diqqətlə qulaq as: hər ehtimala qarşı sənrayondan çıxmalısan. Elə indi, bu saat, yubanmadan Daşburuna get. Orada, əmingildəyox,tanışlarından birinin evində qatar gələnə kimi gözlə. Sonra qatarla Bakıya gələrsən. Səhər vağzalda səni qarşılayacağam. Yaxşımı?

- Yaxşı, - deyə Zakir cavab verdi.

Səhər tezdən Avtandil artıq dəmir yolu vağzalında idi. Qatar vaxtında, düz saat 8-də platformayayan aldı. Əmioğlular görüşüb, hal-əhval tutduqdan sonra Avtandil evin açarını Zakirə verib:

- Bu evin açarıdır, götür. Mən işə tələsirəm. Səninlə evə gedə bilməyəcəyəm. Axşama kimi evdətək olacaqsan, ancaq darıxma. Lyudmila məndən tez evdə olacaq. İşdən çıxan kimi evinyanındakı uşaq baxçasından Sonanı götürüb evə gələcək. O, şam yeməyi hazırlayana kimimən də gəlib çıxacağam. Axşam ətraflı söhbət edərik, - dedi və Zakirdən ayrıldı.

Axşam, Zakirin intizarla gözlədiyi əmisi oğlu nəhayət, gəlib çıxdı. Lyudmila armudu stəkanlaratəzəcə dəm almış çaydan süzüb onların qabağına qoydu. Avtandil çaydan bir-iki qurtum aldıqdan sonra:

- Hə, əmioğlu, indi başına gələnləri ətraflı danış, görüm milis işçiləri o qurğunu sənə necəqurdular? - deyə Zakirdən soruşdu.

- Avtandil, sən bilirsən ki, mən evdən çıxıb işə yaxud başqa bir yerə gedəndə istər-istəməzmənim qonşuluğumda yaşayan dəllək Xanımın evinin qabağından keçməli oluram. Həmin gündə səhər işə gedəndə həmişəki kimi onun evinin qabağından keçirdim. Elə bu vaxt o, mənimqarşıma çıxdı və məndən xahiş elədi ki, evin pəncərəsinin yerə düşmüş şüşəsinin yerinə bərkidilməsində ona kömək edim. Həm qonşu, həm də qadın olduğu üçün etiraz etmədim.Məni evə dəvət elədi. İçəri keçib pəncərənin altına söykənmiş şüşəni götürüb yerinəbərkitmək istədim. Bu vaxt dəllək Xanım cəld bayıra atılıb qışqırmağa başladı:

- Ay camaat kömək edin! Zakir məni zorlamaq istəyir.Xanımın qışqırtısı sanki məni yuxudan ayıltdı. Bayıra çıxmaq istədim, lakin qapı bağlı idi. İçəridən qışqırdım: “Ay xanım qapını aç! Bu nə oyundur, sən çıxardırsan?” Elə bu anda hardansa sahə müvəkkili, milis mayoru Əşrəf Əşrəfov Xanımın yanında peyda oldu. Qapınıaçdılar, mən bayıra çıxdım. Xanımın qara-qışqırıq salaraq mənə böhtan atması məni çoxəsəbiləşdirmişdi.

- Ay arvad, heç öz hərəkətindən utanmırsan? Ayıb deyil, sənə? Yəni rayonda elə bir kişi tapılarki, sənin kimi ifritəyə tamah salsın?

Onun mənliyinə toxunduğuma, onu təhqir etdiyimə baxmayaraq Xanım başını aşağı salıb susurdu,dinmirdi. Bəlkə də etdiyi hərəkətə görə xəcalət çəkirdi, bilmirəm... Ancaq, Xanımın davranışığından butələnin milis işçiləri tərəfindən təşkil edildiyi mənə tamamilə aydın oldu. Mayor Əşrəfov bizim hərikimizi milis şöbəsinə- müstəntiqin yanına apardı. Orada milis nəfərləri hər şeyi öz istədikləri kimi sənədləşdirdilər. Mənim nə and-amanıma, nə də yazdığım izahata məhəl qoymadılar, - deyib, Zakirsusdu.

- Sənə qurulan bu tələnin təşkilatçısı, sözsüz ki, Cavanşir Məmmədovdur. Heç narahat olma! Bu məsələ ilə əlaqədar səhər tezdən Kozlov yoldaşın yanına gedəcəm. Ümüd edirəm ki,qəbuluna düşə biləcəyəm. Sənin başına açılan bu oyunu ona çatdıra bilsəm Məmmədovun vəziyyəti ağırlaşacaqdır. O, məndən qisas almaq fikrinə düşdüyünə görə tutduğu vəzifədəndə azad oluna bilər, - deyə Avtandil əmisi oğluna təsəlli verməyə və onu sakitləşdirməyəçalışdı. – Bir daha deyirəm, qətiyyən narahat olma. Sən mütləq öz işinə də, partiyaüzvülüyünə də bərpa ediləcəksən! Mən buna tamamilə əminəm!

Ertəsi gün səhər saat 11 00 radələrində Avtandil artıq Mərkəzi Komitədə idi. O, 3-cü mərtəbənin uzun dəhlizi ilə Kozlovun kabinetinə tərəf addımlayırdı. Kabinetin yaxınlığındakı döşəməsi xalçalarla örtülmüş yumşaq mebelli xolla çatanda Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi Vahid İsmayılovla yanaşı ona tərəf addımlayan Cavanşir Məmmədovla qarşılaşdı. Onların gözlənilmədən üz-üzə gəlməsi hər ikisini bir anlığa çaş-baş qoydu. Avtandilbir az kənara çəkilib onlara yol verdi. Hər iki katib Avtandildən yenicə aralanmışdı ki, xolladaxil olan Avtandili Cavanşir Məmmədovun səsi saxladı.

- Avtandil, mümkünsə ayaq saxla, sənə sözüm var, - Məmmədov bunu deyib, yanındadayanmış İsmayılova müraciət elədi:

- Vahid, sən get, 5-10 dəqiqəyə mən də gəlirəm. Cavanşir Məmmədov gülümsəyə-gülümsəyə Avtandilə yaxınlaşdı. Çoxdan görmədiyi yaxın dostu ilə görüşürmüş kimi mehribancasına “salam” deyib,əlini ona uzatdı. Təbiətə mədəni, etiket qaydalarına əməl edən, davranışığına fikir verən Avtandil onun əlinin havada asılı vəziyyətdə qalmasına yol vermədi: “Əleyküməsalam” deyib Məmmədovun əlini sıxdı. Məmmədov Avtandilin əlini əlindən buraxmayıb, onu ehmalca, xollda qoyulmuş divana tərəf çəkdi. Sonra divanda oturub Avtandilə də öz yanında əyləşməyi təklif elədi. Lakin Avtandil onun yanında deyil, divanla yanaşı qoyulmuş kresloda əyləşdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA