Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq iqtisadi əlaqələr

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq iqtisadi əlaqələr

II YAZI

Beynəlxalq iqtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital və iş qüvvəsinin beynəlxalq hərəkəti, birgə iqtisadi, valyuta-maliyyə, elmi-texniki, sosial, xarici və hərbi siyasətin razılığı ilə həyata keçirilməsinə əsaslanır. Dünya dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliyini və bütün bunların nəticəsində isə əhalinin rifahını yüksəltməyə səy göstərirlər. Beynəlxalq iqtisadi inteqrasiyanın ən mükəmməl forması ümumi bazardır. Ümumi bazar inteqrasiyanın mühüm mərhələsidir. Gömrük birliyinin təbii nəticəsi olaraq birliyə daxil olan ölkələr arasında istehsal amillərinin (iş qüvvəsi, kapital, sahibkarlıq) sərbəst hərəkəti təmin olunduqda bu ölkələr arasında «ümumi bazar» yaradılmış olur.

Ümumi Bazar münasibətləri və inteqrasiyanın yolları

II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq inhisarlardan biri Avropa İqtisadi Birliyi və ya «Ümumi bazar»dır. «Ümumi bazar»ın yaradılması ilə ölkələr arasında qarşılıqlı ticarət, iş qüvvəsinin hərəkəti və kapitalın yerləşdirilməsi sahəsində mövcud olan maneələr aradan qaldırılır. Müasir şəraitdə Amerika kapitallarının Qərbi Avropanın «Ümumi bazar» ölkələrinə ixrac edilməsinə belə bir cəhət stimul yaradır ki, burada Amerika kapitalları ilə yaradılan müəssisələr «Ümumi bazar» ölkələrinin birindən digərinə gömrüksüz mal gətirmək üstünlüklərindən istifadə edirlər. Beynəlxaiq inteqrasiyanın ən ali forması iqtisadi və valyuta ittifaqıdır. İqtisadi inteqrasiya prosesi ilk növbədə təsərrüfat subyektlərinə (firmalar, idarələr, təşkilatlar, müəssisələr və s. təsərrüfat subyektləri) imkan verir ki, bütün region miqyasında iqtisadi resurslardan (maliyyə, maddi, əmək) yeni texnologiya və texnikadan istifadə etməklə iqtisadi inteqrasiyaya daxil olan dövlətlərin bazarlarının tələbatını ödəmək üçün məhsul istehsalını həyata keçirsinlər. Region miqyasında ölkələrin iqtisadi inkişaf səviyyələrinin bir-birinə yaxınlaşması, yaranmış sosial problemlərin birgə həlli, əhalinin məşğuliyyəti, sosial təminatı və səhiyyənin gələcək inkişafı təmin edilsin. Valyuta ittifaqı isə müəyyən ölkələrin bir ittifaqda birləşməsidir. Buna misal olaraq, 1979-cu ildən fəaliyyət göstərən Avropa valyuta sistemini göstərmək olar. Bu ittifaq yaradılarkən ilk növbədə ittifaq daxilində valyutanın sabitliyi, iqtisadi inkişafını təmin edilməsi, beynəlxalq valyuta, valyuta sisteminə tənzimləşdirici təsir göstərməyi qarşısına məqsəd qoymuşdur. Avropa valyuta sistemi ilk illər kollektiv valyuta olan «EKYU»-dan uzun müddət istifadə etmişlər. 80-ci illərdə Avropa valyuta sistemi böhran keçirdi və 90-cı illərdə bu böhran dərinləşdi. İqtisadi inteqrasiya prosesi bəzi amillərlə: təsərrüfat həyatının qloballaşdırılması; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; ümumdünya elmi-texniki inqilab və milli iqtisadiyyatının sərbəstliyinin artması ilə bağlıdır. Bütün bu amillər isə bir-biri ilə sıx əlaqədardır. XX əsrin ikinci yarısında dünya təsərrüfatında lider dövlətlər meydana gəldi ki, onların da ətrafında iqtisadi inkişafın sürətli inkişaf zonaları yarandı. Bu, Avropa İttifaqı, ABŞ və Yaponiyadır. Bu ölkələr elm tutumlu məhsulların istehsalı və ixracı ilə məşğul olan ölkələrdir. Bunlardan başqa, elektron texnikası istehsal edən Çin və Cənubi-Şərqi Asiyanın sənaye ölkələrini (Cənubi Koreya, Tayvan, Sinqapur, Honkonq, Tailand, Malayziya, İndoneziya) göstərmək olar. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə Yeni Zelandiya, Yunanıstan, Hollandiya, Braziliya və Finlandiyanı göstərmək olar. Bu ölkələrdən başqa, dünyanın inkişaf etmiş ölkələrindən ABŞ və Böyük Britaniya da kənd təsərrüfatı məhsullarını ixrac edir. Dünyanın bir sıra inkişaf etməkdə olan ölkələri isə (OPEK) neft istehsalı və ixracı ilə məşğul olurlar. İnteqrasiya prosesinin stimullaşdırılmasında əsas amillərdən biri milli iqtisadiyyatın sərbəstliyinin (açıqlığı) artması və onun bazar prinsipləri ilə inkişaf etməsidir.

İnteqrasiya və strateji hədəflər

İqtisadi inteqrasiya təsərrüfat fəaliyyətlərinin beynəlmiləlləşməsi prosesi olmaqla ölkələr arasında əmək bölgüsünü dərinləşdirir, istehsalın inkişafına və səmərəliyinin artmasına şərait yaradır. Əmək bölgüsünün çox yüksək səviyyədə olması Qərbi Avropada və Amerikada regional iqtisadi inteqrasiyanın geniş vüsət almasma səbəb olmuşdur. İqtisadi inteqrasiya Afrika və Latın Amerikası ölkələrində, nisbətən güclü formada islam təşkilatına daxil olan ölkələr arasında da getməkdədir. İqtisadi inteqrasiyanın nümunələrindən biri Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyasıdır (SAARK). Bu Cənubi Asiya ölkələrinin çoxcəhətli əməkdaşlığına yardım göstərən beynəlxalq təşkilatdır. İştirakçıları: Banqladeş, Hindistan, Nepal, Pakistan və Şri-Lankadır. Bu birlik 1985-ci ildə yaranmışdır. İşçi orqanı olan katiblik Katmandu şəhərində (Nepal) yerləşir.

Bundan başqa, dünyanın xammal istehsal edən ölkələrinin assosiasiyası da fəaliyyət göstərir. Bu assosiasiya dünya bazarlarına kollektiv surətdə təsir göstərilməsinin geniş yayılmış formasıdır. Assosiasiyanın üzvü olan ölkələr müəyyən xammalın, məsələn, neft, civə, mis, dəmir filizi, qəhvə və s. istehsalı və satışı sahəsində təsərrüfat fəaliyyətlərini əlaqələndirirlər. Hazırda dünyada 20-dən çox belə assosiasiya vardır. Assosiasiyaların yaradılması təbii ehtiyatlar üzərində milli nəzarəti gücləndirməyə, ölkələrin beynəlxalq iqtisadi əlaqələrində bərabərhüquqlu olmağa şərait yaradır.

Beynəlxalq iqtisadi inteqrasiyaya əyani misal olaraq Şimali Amerikanın ərazisini əhatə edən və sərbəst ticarət üzrə razılıq əsasında yaradılmış birlik, NAFTA fəaliyyət göstərir. Bu birliyə ABŞ, Kanada və Meksika daxildir (1994-cü il). NAFTA çərçivəsində tarif üzrə olan maneələr, idxal-ixrac üzrə rüsumlar aradan götürülür və ticarətin, əmtəələrin, xidmətlərin, kapitalların və iş qüvvəsinin sərbəst hərəkəti üçün şərait yaradılır. Son illərdə yaradılmış qruplaşmalardan biri Keçmiş SSRİ-nin ərazisində MDB şəklində təşkil edilmiş inteqrasiyadır. MDB-yə daxil olan ölkələr iqtisadi əməkdaşlıq sistemində vahid energetika, nəqliyyat, telekommunikasiya və s. əlaqələrin yaradılmasının qarşılarına məqsəd qoymuşlar. Belə bir faktı göstərmək lazımdır ki, bu birliyə daxil olan ölkələrin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır.

Beynəlxalq miqyasda yaxınlaşma dünya ticarətində tətbiq edilən tarif və qeyri-tarif məhdudlaşdırmalarının (TTBS, ÜTT) vasitəsilə aradan qaldırılması yolu ilə həyata keçirilir. Regional yaxınlaşma zamanı isə regional iqtisadi birliklər yaradılmaqla üzv ölkələrin xarici iqtisadi əlaqələri və ümumiyyətlə, iqtisadi siyasəti uyğunlaşdırılır. Bu ölkələrin iqtisadi və siyasi məsələləri bir-birilə uzlaşdırılır. Beynəlxalq inteqrasiyanın formalarından azad ticarət zonası, gömrük ittifaqı, ödəmə ittifaqı, ümumi bazar, iqtisadi və valyuta ittifaqını göstərmək olar. İqtisadi inteqrasiyanın ən sadə forması azad ticarət zonasıdır. Azad ticarət zonasında qarşılıqlı ticarətdə gömrük rüsumları və kəmiyyət məhdudiyyətləri ləğv edilir. Burada hər bir dövlət üçüncü bir ölkəyə münasibətdə müstəqil ticarət siyasəti yeridir, bu zonaya daxil olan ölkələrdən əmtəə və xidmətlər yerlərini sərbəst dəyişə bilməz. Buna misal olaraq, Avropa Azad Ticarət Assosiasiyasını (AATA) göstərmək olar. Bu məhəlli iqtisadi qruplaşması 1960-cı ildə Stokholm Konvensiyası əsasında yaradılmışdır. AATA-nın əsasını azad ticarət zonası təşkil edir. Bundan başqa, Latın Amerikası Azad Ticarət Zonası (1961) və Şimali Amerika Sərbəst Ticarət Assosiasiyası (NAFTA-1994) fəaliyyət göstərir. Beynəlxalq iqtisadi inteqrasiyanın formalarından biri gömrükxana ittifaqıdır. Bu zaman müqavilə əsasında iki və daha çox ölkə vahid gömrükxana ərazisi yaradır və həmin məqsədlə vahid xarici gömrük tarifini müəyyənləşdirir, vahid gömrük idarəsi fəaliyyət göstərir. Gömrük İttifaqları qeyri-məhdud və natamam olur. İlk gömrük birliyi 1883-cü ildə Prussiyada tətbiq edilən Alman Gömrük Birliyidir. Belçika, Hollandiya və Luksemburq 1944-cü ildə gömrük birliyi yaradılması haqqında saziş bağladılar. Həmin birlik 1948-ci ildə fəaliyyətə başladı. Gömrük ittifaqı ödəmə ittifaqı ilə tamamlanır, valyuta əməliyyatlarında hesablaşmaların çevrilən valyuta ilə aparılmasına xidmət edir.

Beynəlxalq iqtisadi inteqrasiyanın 3 forması

1. Azad ticarət zonaları;
2. Gömrük ittifaqları;
3. Vahid bazar və iqtisadi birlik

1. Azad ticarət zonaları. Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında məntiqi və xronoloji mərhələ azad ticarət zonası hesab olunur. Müasir anlamda bu imtiyazlı zona daxilində, əmtələrlə beynəlxalq ticarət kömrük və kəmiyyət məhdudiyyətlərindən azaddır. Adətən müvafiq zona haqqında konkret razılaşmada bir neçə il ərzində sənaye məhsullarının sərbəst ticarət zonasını yaradarkən qarşılıqlı surətdə gömrük rüsumlarının və digər qeyri-tarif məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Kənd təsərrüfatı məhsularının liberallaşdırılması məhdud xarakter daşımaqla gömrük nomenkulaturasında bir neçə bəndi əhatə edir. Azad iqtisadi zonaların yaradılmasında yaxınlaşmanı ləngidən, lakin dağıdıcı xarakter daşımayan bir sıra höqsanlar da aşkar olunmuşdur. Azad ticarət zonasının yaradılması daxili bazarda rəqabəti gücləndirir ki, bu da heç də həmişə milli sənaye məhsulunun texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə yaxşı təsir göstərmir. Azad ticarət zonasının son məqsədi üzv ölkələr arasında kömrük tariflərisiz ticarəti təmin etməkdir.

2. Gömrük ittifaqları. Beynəlxalq iqtisadi intqrasiyanın sonrakı pilləsi gömrük ittifaqıdır. Bunu bir vəya bir neşə dövlətin öz aralarında ticarətdə kömrük rüsümlarını ləğv etmək haqqında razılaşması kimi, kollektiv proteksionizm kimi müəyyənləşdirmək olar. QATT-ın XİS maddəsinə uyğun olaraq gömrük ittifaqı bir neçə gömrük ərazilərinin biri ilə əvəz olunması olub bütün gömrük rüsumlarını tam ittifaq daxilində ləğv edərək, ittifaq xaricində vahid gömrük tariflərinin tətbiq edilməsidir. Bir sıra nəşrlərdə azad ticarət zonasına və kömrük ittifaqlarına dəqiq olmayan təriflər verilir. Bunlar arasında əsas fərq kimi azad ticarət zonalarında kömrük tariflərinin tədricən azaldılması və qeyri tarif manelərinin aradan götürülməsi və s götürülür. Kömrük ittifaqında isə kömrüksüz ticarət üzv ölkələr arasında mövcuddur, kənar ölkələrə isə vahid kömrük tarifləri tətbiq olunur. Kömrük ittifaqı daxilində iştirakçı dövlətlərin istehsal və istehlakının quruluşunda ciddi dəyişikliklər baş verir. Vahid xarici ticarət siyasətini yeridilməsi (proteksionist tədbirlər və s.) nəticəsində ölkələr arasında əmtəə axınları tənzim olunur. Nəticə də ehtiyatların, istehsalın və istelakın, hərəkət istiqamətlərində dəyişiklik üçün təkan əmələ gəlir. Bir sıra qərb mütəxəsislərinin fikrincə kömrük ittifaqı daxilində “müqayisəli üstünlük nəzəriyyəsinə uyğun olaraq istehsalda müvafiq rasionallıq əmələ gəlir. Gömrük İttifaqlarının fəaliyyət göstərməsi inteqrasiya proseslərinin idarə edilməsinə yanaşmada dəyişiklik etməyi tələb edir. Qeyd edilmişdir ki, Azad Ticarət Zonasının yaradılması daimi fəaliyyət göstərən idarəetmə orqanının mövcudluğunu nəzərdə tutmur. Gömrük İttifaqlarında isə tənzimləyici institutların mövcudluğu zərurətə çevrilir.

3. Vahid bazar və iqtisadi birlik. Beynəlxalq inteqrasiyanın daha yüksək pilləsi vahid bazardır. Hal hazırda inteqrasiyanın inkişafında bu mərhələ ancaq Avropa Birliyində formalaşmışdır ki, onun da təcrübəsi əsasında praktiki nəticələr çıxarılır və qiymətləndirilmələr aparılır. Yəqin ki, gələcək perspektivlərdə belə digər inteqrasiya quruluşlarının inkişafı nəticəsində bu qruplaşmalara xas olan və Aİ təcrübəsindən fərqli olan yeni hallar meydana çixacaqdır.

(ardı var)

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA