Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Sumqayıtda "Şəhər 4" orta təzyiqli yeraltı qaz kəmərində baş vermiş sızma nəticəsində sabah şəhərin bir sıra ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 10-da saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrin, 11, 12, 13, 20, 21-ci mikrorayonların, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağları, Yaşıldərə yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. \\Lent.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA