Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri ARTIRILDI

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri ARTIRILDI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2007-ci il 6 fevral tarixli 526 nömrəli, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 14 iyul tarixli 293 nömrəli, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Hurriyyet.org xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə edilən dəyişikliklərə əsasən bitkilərin mühafizəsində istifadə edilən kimyəvi vasitələrin idxalı üçün Kənd Təsərrüfatı Nazirliyinin deyil, Qida Təhlükəsizliyi Agentliyinin rəyi tələb olunacaq.

Bundan başqa, “Fitosanitar nəzarəti haqqında” qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Qida Təhlükəsizliyi Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirəcək.​​​​​

Həmçinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilir:

“2.4-1. həmin Qanunun 5.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən edilməsi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitki mühafizə vasitələrinin tətbiqinə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

Prezident İlham Əliyev digər fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda edilən dəyişikliyə əsasən, fitosanitar və baytarlıq tələblərinə və qaydalarına uyğunluq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanıla bilər. \\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA