Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq iqtisadi əlaqələr

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq iqtisadi əlaqələr

III YAZI

Gömrük ittifaqının vahid bazara inkişaf edərək keçməsinə həm iqtisadi amillər, həm də siyasi amillər səbəb olur. Prinspi etibarı ilə vahid bazarın qurulması vahid iqtisadi hüquqi informasiya məkanının yaradılması ilə tamamlanmalıdır ki, bu da həmin inteqrasiya qruplaşmasının daha yüksək pilləsinə - iqtisadi birliyə keçməsinə təkan verməlidir.

Beynəlxalq iqtisadi əlaqələr millətlər üçün çoxlu əmtəə müxtəlifliyi yaradır. Beynəlxalq iqtisadi əlaqələrin əsasında isə ehtiyatlarda, zövqlərdə və psixologiyalarda olan müxtəliflik durur.
1920-ci ildə ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr SSRİ-nin dövlət inhisarı altında cəmləşmişdi. Azərbaycanın xarici iqtisadi əlaqələrinin Moskva tərəfindən müəyyən olunduğu bir şəraitdə respublikada bu sahənin idarə olunması üçün hər hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri şərti olaraq SSRİ-nin tərkibində baş verirdi. 1991-ci ildə Azərbaycan iqtisadiyyatının sahələri üzrə məhsul göndərilməsi 12,2 mln. rub olmuşdursa, xaricə ixracat 744 min manat idi. Azərbaycanın xarici iqtisadi əlaqələri SSRİ üzrə mübadilə əlaqələrindən 16,7 dəfə az idi. Mövcud bu əlaqə Moskva inhisarı altında həyata keçirilirdi. Texnologiyanın, işçi qüvvəsinin hərəkəti isə daha çox qapalı və birtərəfli xarakter daşıyırdı.

Yeni iqtisadi əlaqələr və beynəlxalq münasibətlər

Azərbaycanın istehsal etdiyi məhsul dünya ölkələrində özünə satış bazarı tapa bilməyən komanda iqtisadiyyatının texnologiyası əsasında istehsal olunmuş mallardan ibarət idi.

Siyasi istiqlaliyyət əldə edilməsi xarici aləmlə mövcud olmuş köhnə əlaqələr sisteminə yenidən baxılmasını tələb edir. Bu dövrdə respublikamızın iqtisadi inkişafının əsas məsələlərindən biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması zərurətini yaradır. Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır. Yeni iqtisadi sistemə keçidi normal həyata keçirmək üçün Azərbaycan daimi olaraq beynəlxalq inteqrasiyaya qoşulmalı və öz potensial imkanlarından istifadə edərək orada fəal iştirak etməlidir.
Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi özəl mülkiyyətə əsaslanan on minlərlə müəssisə, cəmiyyət, birlik, təşkilatlara vasitəsiz xarici ticarət əlaqəsi yaratmağa və valyuta-təsərrüfat əməliyyatları aparmağa imkan verdi. Artıq istənilən müəssisə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququna malikdir. Böyük təbii sərvətlərə və iqtisadi ehtiyatlara malik olan Azərbaycanın iqtisadi inkişafı, həlledici dərəcədə onun ümumdünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası prosesindən asılıdır. Beynəlxalq təcrübə təsdiq edir ki, iqtisadiyyatın beynəlmiləlləşdirilməsində xarici investisiya qoyuluşunun böyük üstünlükləri vardır. İnvestisiya qoyuluşu respublikanın milli iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli inteqrasiyanı təmin edir. Ölkənin iqtisadi inkişafında xarici iqtisadi investisiyanın digər rolu, onun sahibkarlıq fəaliyyətinə müsbət təsiri ilə bağlidır.
Xarici ölkələrin Azərbaycana investisiya qoyuluşu milli iqtişadiyyatın formalaşması, işgüzar münasibətlər, sahibkarlıq fəaliyyəti formalarına daha geniş meydan verilməsi və maliyyə-kredit münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Belə bir şəraitdən səmərəli istifadə edərək gənc müstəqil respublika öz təbii-iqtisadi, elmi-texniki potensialını beynəlxalq miqyasda tanıtmaq məqsədilə çoxtərəfli iqtisadi inteqrasiya əlaqələrinə daxil olur. 1998-ci ildə minlərlə müəssisə və firma xarici iqtisadi əlaqələrin iştirakçısı olmuş, 84 ölkə ilə xarici iqtisadi əlaqə qurmuşdur. Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq iqtisadi inteqrasiyaya qoşulmasının nümunəsidir. Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətiərini ifadə edən bu cəhətlərinin hər biri ölkənin gələcək inkişafında fəaliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin; formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir.

Milli iaqtisadiyyatın beynəlxalq müstəvidə inkişaf yolu

Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının təmin etmək üçün böyük üstünlüklər verə bilər. Buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Strateji əhəmiyyətli ərazidə yerləşən ölkəmizdə dünyanın nəhəng dövlətlərinin mənafeyi toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir.
Azərbaycan sosial-iqtisadi inkişafında xarici ölicələrlə əməkdaşlığın daha da genişləndirilməsinə can atır və beynəlxalq əmək bölgüsünün dərinləşməsindən irəli gələn üstünlüklərdən maksimum dəyərlənməyə çalışır. Siyasi istiqlaliyyət əldə edilməsi, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi, uzun müddət mövcud olmuş köhnə iqtisadi əlaqələr sişteminə yenidən baxılması və bərabər hüquqlu, qarşılıqlı faydalı münasibətlərin yaradılması üçün mühüm zəmin təşkil edir. Azərbaycanın xarici iqtisadi siyasəti dedikdə, beynəlxalq iqtisadi əlaqələrdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutulur. Xarici iqtisadi siyasət iqtisadi anlayış ümumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkənin sosial-iqtisadi proqramı ilə bilavasitə əlaqədardır.
Hökumətin xarici iqtisadiyyat sahəsində qəbul etdiyi qərarlar iqtisadiyyatın bütün istiqamətlərinə təsirini göstərir. Azad bazar münasibətlərinə keçid şəraitində dövlətin daxili və xarici iqtisadi siyasətini bir-birindən təcrid etmək mümkün deyildir. Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə «Gömrük Məcəlləsi» qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş «Gömrük tarifi» haqqında Qanunu qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həm də Azərbaycanın gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.

Gömrük tarifinin məqsədləri aşağıdakılardır:

- İdxalın əmtəə strukturunu səmərələşdirmək;

- Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək;

- Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

- İqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Gömrük tarifi Azərbaycanın gömrük sərhədindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. İdxal və ixrac gömrük rüsumlarının dərəcələri və eyni zamanda əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və ölkə mənşəyi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:

1. Advalor - malların gomrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;

2. Spesifik - mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;

3. Kombinə edilmiş - hər 2 növü birləşdirməklə hesablanan gömrük rüsumu.

Malların ixracının və idxalını operativ tənzimləmək üçün bəzi mallara, mövsümi rüsümların altı aya qədər tətbiq olunmasına qanun icazə verir.

Mülkiyyət hüququ və xarici biznes əlaqələri

Azərbaycanın ödəniş balansı Beynəlxalq Valyuta Fondunun müəyyən etdiyi qaydaya əsasən aşağıdakı göstəriciləri əks etdirən sənəddir:

a) Azərbaycanla xarici ölkələr arasında baş verən əmtəə, xidmət və gəlirlər üzrə bütün əməliyyatlar;
b) Ölkənin xarici dünya ölkələri qarşısında olan öhdəlikləri, maliyyə tələblərində özünü göstərən mülkiyyət və digər bütün dəyişikliklər;

c) Qarşılıqlı ödənişləri bir-birinə bağlamayan əməliyyatları və dəyişiklikləri balanslaşdırmaq üçün lazım olan bütün birtərəfli köçürmə və kommersiya xarakterli qeydlər.


İndi Azərbaycan ölkəyə güclü kapital axınından «əzab» çəkir. 1996-cı ildə ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyalar 1995-ci ilə nisbətən 4,5 dəfə çox idi. Ən iri investisiya mənbələri neft sənayesinə qoyulub ki, o da ümumi investisiya məbləğinin 75,5%-ni təşkil edir. Azərbaycanın xarici iqtisadi siyasəti nəhayət, xarici yardım siyasətindən istifadə ilə tamamlanır.
Ölkənin xarici yardım siyasəti beynəlxalq təşklatlardan və dövlətlərdən yardımların alınması və istifadəsi tədbirlərini əhatə edir. Bu siyasət beynəlxalq aləmdə son dövrlərdə strukturlaşdırılmış yeni bir xarici siyasətdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunda islahatlar həyata keçirdiyi üçün aparxcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi imkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın sabitliyinin təmin olunması, milli müdafiəyə ayrılan yardımlarla dəstəklənir. Azərbaycana edilən beynəlxalq yardım arasında Avropa Birliyi Komissiyasının (ABK) yardımlarıdır. ABK 1993-cü ildə əhalini ərzaq və dərmanla təmin etmək məqsədilə 68 mln, EKYU kreditin açılması ilə fəaliyyətə başlamışdır.
Avropa Birliyinin «TASİS» proqramı üzrə Azərbaycana edilən texniki yardım dövlət müəssisələrinin yenidən qurulması, özəl bölmə, kənd təsərrüfatı, infrastruktur, energetika, maarif və digər sahələrin inkişafı məqsədlərinə görə verilir. TASİS-in MDB dövlətlərarası proqramlarının 24 layihəsində Azərbaycan kifayət qədər iştirak edir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA