AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin

AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin

Sizdən xahiş edirəm, Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin.

Hurriyyet.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Şuranın baş katibi Torbyorn Yaqland qurumun Niderlanddan olan üzvü, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Piter Omziqin sualına cavab olaraq bildirib.

İclasda Piter Omziq yenə də qərəzli və təxribatçı sualı ilə diqqəti cəlb etmək istəsə də, Avropa Şurasının baş katibi onu yerində oturdub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA