“AĞ ÇİÇƏYİM” GÜL DÜKANI YANDIRILIB? - VİDEO

“AĞ ÇİÇƏYİM” GÜL DÜKANI YANDIRILIB? - VİDEO

Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanmasından sonra bu gün səhər saatlarında “Xalqlar Dostluğu” metrosunun üstündə yerləşən “Ağ çiçəyim” gül dükanı yanıb.  Hurriyyet.org-un məlumatına görə hadisə yerində Fövqalədə Halları Nazirliynin yanğınsöndürmə briqadası olsa da, dükan tamamilə yanaraq yarasız hala düşüb.

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Xatırlayırsınzsa, bundan öncə, iyunun 23-də Nizami rayonun ərazisində yerlşən məşhur “X-Lady” mağazası yandı.  Məlum olduğu kimi, Nizami rayonu daha çox yanğın  hadisəsi baş verən rayondur. Çünki dəfələrlə paytaxtın “vasmoy bazarı” kimi tanınan “8-ci km bazarı”nda da yanğın baş verib. Maraqlıdır ki, Nizami rayonunda dalbadal baş verən bu yanğın hadisələri təsadüfidirmi və səbəb nədir? Yəni bu yanğın hadisələri icra başıçısı Arif Qasımova qarşı olan təxribatdır, yoxsa necə? Yəqin ki, növbəti günlərdə “Hurriyyet.org”, “HTV”, “Hürriyyət” qəzeti olaraq bütün bu suallara aydınlıq gətirəcəyik ki, niyə məhz Nizami rayonunda yerləşən obyektlər yanır?

Şamo EMİN, Hurriyyet.org