AŞ PA-nın vitse-prezidentindən Türkiyəyə dəstək - "Rolu böyükdür"

AŞ PA-nın vitse-prezidentindən Türkiyəyə dəstək - "Rolu böyükdür"

Türkiyənin terrorla mübarizədə rolu böyükdür.

Bunu AŞPA-da “Türkiyədə müxalif siyasətçilərlə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin terrora, terror təşkilatlarına qarşı mübarizə səyləri nəticəsində bu gün dünya bir az sabitləşib:

"Bu məsələdə Türkiyənin rolu böyükdür. Türkiyə təkcə terrorla mübarizəyə, müharibə qurbanlarına yardım məqsədilə milyardlarla dollar xərcləməyib, Türkiyə yalnız İraqdan, Suriyadan milyonlarla qaçqını qəbul edərək sığınacaq verməyib, eyni zamanda öz oğul və qızlarını regionda sülh uğrunda qurban verib. Bütün bunlara öz təşəkkürünü bildirmək əvəzinə, bəzi siyasətçilər, özünü siyasətçi adlandıranlar bizi məhv edənlərə kömək üçün əllərindən gələni etməyə çalışırlar. Məndə sual yaranır: ən təhlükəli nədir? Bizi Kalaşnikov silahı ilə öldürməyə cəhd edənlər, yoxsa bizi öldürməyə cəhd edənlərə yardım edənlər?"

S.Seyidovun sözlərinə görə, bəzi insanlar onlara verilən imtiyazlardan sui-istifadə edir, özlərini məsul siyasətçi kimi təqdim edirlər, amma hamı qanun qarşısında bərabərdir.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA