AAAF Park-a giriş PULLU OLDU

AAAF Park-a giriş PULLU OLDU

AAAF parkın əyləncə məkanı olan hissəsinə giriş ödənişli edilib.

Hurriyyet.org-un məlumatına görə, təxminən iyirmi gündür ki, AAAF Park Yaşayış kompleksinin rəhbərliyi belə bir qərar verib. Parkın əyləncə məkanına giriş üçün beş manat ödənilməlidir.

Kompleksin mətbuat katibi K.Məstəliyev əməkdaşımızla söhbətində faktı təsdiqləsə də, bunun yalnız qonaqlara aid edildiyini söyləyib:

“AAAF Parkın sakinlərinə parkın əyləncə məkanı olan ərazisinə giriş pulsuzdur. Qonaqlara isə təyinatından asılı olaraq, qonaq kartı verilir. Əgər məqsəd əyləncə mərkəzində olan aparatlardan istifadə etməkdirsə, onlar üçün ayrıca kart var. Həmin kart pulludur-beş manatdır. Ora dövlətin parkı deyil, bizim özəl ərazidir. Parka giriş yalnız sakinlər üçün nəzərdə tutulub. Kənardan gələn adamlar üçün isə 5 manatdır. Sən beş manat verirsənsə, gün ərzində uşaqlar üçün aparatlardan, həmçinin fitnes zalından pulsuz istifadə edirsən”. \\Ölkə.Az

Loading...

QALEREYA