ABŞ-A QARŞI GÖRÜNMƏMİŞ CAVAB ADDIMI

ABŞ-A QARŞI GÖRÜNMƏMİŞ CAVAB ADDIMI

Hurriyyet.org xəbər verir ki, Yaponiya ABŞ-ın polad və alüminium tariflərinə qarşı cavab addımı atmağı planlaşdırır. Bu addım ABŞ-ın Yaponiyaya 409 milyon dollarlıq ixracatını hədəfə alır. Yaponiyanın məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatına bildiriş təqdim eləməsi gözlənilir.

Xəbər verildiyi kimi, martın 23-dən etibarən, Amerika ölkəyə idxal edilən polad və alüminiuma müvafiq olaraq 25% və 10% gömrük tarifləri tətbiq eləməyə başlayıb.

Yaponiya Trampın polad və alüminium tariflərinə qarşı cavab addımları atmağa hazırlaşır. Cənubi Koreya isə ABŞ-ın paltaryuyan maşınlar və günəş panellərinə tətbiq elədiyi idxal vergiləri ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (WTO - ÜTT) şikayət edib. Cənubi Koreyanın şikayətində deyilir ki, ABŞ-ın tətbiq elədiyi gömrük vergiləri ÜTT-nin 1994-cü ildə imzalanan Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) birdən artıq maddəsini pozub.

Hurriyyet.org

Loading...

QALEREYA