ABŞ-da İLK DƏFƏ! İki müsəlman qadın Nümayəndələr Palatasında

  • 2018-11-07 11:08:41
  • |
  • Dünya /

ABŞ-da İLK DƏFƏ! İki müsəlman qadın Nümayəndələr Palatasında

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Miçiqan və Minnesota əyalətlərindən seçkilərdə iştirak edən Fələstin əsilli Rəşidə Tlaib və Somali əsilli İlhan Ömər səsvermələrdə qələbə qazanaraq Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadınlar olublar.

Seçicilər Senatdakı 35, Nümayəndələr Palatasındakı 435 yerin sahiblərini müəyyənləşdirmək üçün namizədlərə səs veriblər.

Seçilmiş müsəlman qadınların hər ikisi Demokratlar partiyasından namizəddirlər.

Rəşidə Tlaib deyib: “Məqsədim hər kəsə söylədiyim kimi, cəmiyyətə xidmət yolu ilə islam dinini təmsil eləməkdir”.

Hicablı ilk müsəlman qadın üzv

Minnesota əyalətinin 5-ci bölgəsindən seçkilərdə iştirak edən Somali əsilli İlhan Ömər ABŞ Nümayədələr Palatasının ilk hicablı müsəlman qadın üzvü olub. O, Amerikaya 12 yaşında gəlib və 4 il qaçqın düşərgələrində yaşayıb. Onun əsas prioriteti ABŞ prezidenti D.Trampın qaçqın siyasətinə qarşı mübarizə aparmaqdır.

Hurriyyet.org

Loading...

QALEREYA